2019-cu ildən fəaliyyətdə · KOBİA rəsmi rezidenti

Kibertəhlükəsizlik Platforması

Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin, maarifləndirmə və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş peşəkar kibertəhlükəsizlik mərkəzidir.

Bizdən xəbərlər

Akademiya tələbələrimiz "ICSD 2024" CTF yarışında təmsil olundu

Yeni tələbələrimiz ilk dəfə Beynəlxalq Kibertəhlükəsizlik Günləri çərçivəsində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən "ICSD" yarışında iştirak etdi.

Layihə və tədbirlər

"Vətən Borcu" layihəsinin I dalğası uğurla tamamlandı

Şəhid övladları və qazilərimizin kibertəhlükəsizlik sahəsində kadr kimi yetişdirilməsi məqsədilə Cybernetics və AKTA ilə birgə həyata keçirilən layihənin ilk məzun günü keçirildi.

Bizdən xəbərlər

Nümayəndə heyətimiz 3-cü Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi

Platformanın nümayəndələri və Akademiya tələbələri AKTA-nın təşkilatçılığı ilə keçirilən Forumda ölkənin kibertəhlükəsizlik icması ilə bir araya gəldi.

Tədbirlər

Platformamız tərəfindən InfoSEC2024 təşkil edildi

ADA Universitetinin Kiber Klubunun təşəbbüsü ilə, Akademiya mütəxəssisləri və koordinasiya komandamızın dəstəyi ilə kibertəhlükəsizlik tədbiri keçirildi.

Nailiyyət

Platformamız KOBİA-nın Startup Rezidenti oldu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi startap rezidenti statusunu qazandıq; Araşdırma və İnkişaf Mərkəzimiz milli həllərin inkişafına davam edir.

70Akademiya tələbəsi
112Akademiya məzunu
10Peşəkar layihə
20Xidmət növü
KOBİAStartup rezidenti

Struktur və fəaliyyətlərimiz

Platforma dörd daxili struktur vasitəsilə təhsil, praktika, araşdırma və sertifikatlaşdırmanı bir araya gətirir.

Kibertəhlükəsizlik Akademiyası

Akademik təlim, tədris və kurs fəaliyyətlərinin təşkili üçün yaradılıb; məqsəd ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsidir.

Kibertəhlükəsizlik Laboratoriyası

Akademiyada təhsil alan və ya praktiki bacarıqlarını artırmaq istəyən şəxslər üçün hücum və müdafiə metodlarının inkişaf etdirildiyi mühit.

Araşdırma və İnkişaf Mərkəzi

Milli həllərin hazırlanması, startap ideyalarının həyata keçirilməsi və karyera inkişaf proqramlarının təşkili üçün fəaliyyət göstərir.

Sertifikatlaşdırma və Karyera Mərkəzi

Beynəlxalq standartlara uyğun sertifikat proqramları və imtahanlar vasitəsilə tələbə və mütəxəssislərin inkişafına dəstək olur.

Ehtiyaca uyğun peşəkar xidmətlər

Fərdi və Korporativ Təlimlər

Beynəlxalq standartlara əsaslanan tədris metodları ilə təşkil olunan kurslar; ətraflı proqram Akademiyanın rəsmi səhifəsindədir.

Sertifikat və Karyera Dəstəyi

Sertifikatların tamamlanması və peşəkar təcrübə imkanlarının dəyərləndirilməsinə dəstək.

Konsultasiya Xidmətləri

Risklərin azaldılması və rəqəmsal varlıqların qorunması üçün strategiya hazırlanması.

Kibertəhlükəsizlik və İT Dəstək

Əməliyyat dəstəyi, IT problemlərinin həlli və bulud əsaslı (Cloud Computing) infrastruktur xidmətləri.

PNTL — Praktiki Nüfuzetmə Test Laboratoriyaları

Real dünya ssenarilərini təqlid edən sınaq mühiti ilə şəbəkə zəifliklərinin aşkarlanması və kadr bilik yoxlaması.

Məhsul və Milli Həllərin Hazırlanması

Bazarın ehtiyacına uyğun yerli kibertəhlükəsizlik həllərinin gənc mütəxəssislərlə birgə inkişafı.

Əməkdaşlıq etdiyimiz qurumlar

Universitetlər İnnovasiya Mərkəzləri Təhsil Müəssisələri Dövlət Qurumları Özəl Müəssisələr Gənclər Mərkəzləri

2019-dan bu günə

Fəaliyyət göstərdiyimiz illər ərzində dövlət və özəl sektorla əməkdaşlıq edərək bir çox layihənin təşkilatçısı olduq.

2019

Təsis

Platforma informasiya təhlükəsizliyi mütəxəssisləri tərəfindən quruldu.

2021

Kiber Kafe və KTLab

İlk onlayn "Kiber Kafe" tədbiri keçirildi; Millisec Platform ilə "KTLab" startap proqramı hazırlandı.

2022

HackBaku, Teknofest, EC-Council

Ölkədə ilk "HackBaku" milli CTF yarışı keçirildi, Teknofest Azərbaycanın tərəfdaşı olduq, EC-Council akkreditasiyası əldə edildi.

2024

Yeni rəhbərlik, "Vətən Borcu" və Bakı Texnologiya Mərkəzi

Cavadova Sürəyya Elxan qızı İcraçı Direktor müavini təyin edildi; "Vətən Borcu" layihəsinin I dalğası, InfoSEC2024 və AKTA-nın 3-cü Milli Forumu keçirildi; Bakı Texnologiya Mərkəzi açıldı.

2025

KOBİA Startup Şəhadətnaməsi və regional genişlənmə

KOBİA-dan rəsmi Startup Şəhadətnaməsi əldə edildi, CIDC 2025-də təmsil olunduq və Özbəkistan istiqamətində regional fəaliyyətə başlandı.

Tanınma və akkreditasiyalar

KOBİA Startup Şəhadətnaməsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən rəsmi startap sertifikatı və rezidentlik statusu.

EC-Council Akademiya Tərəfdaşlığı

EH-L1 və ITE kimi imtahanların keçirildiyi rəsmi akademiya tərəfdaşlığı.

AKTA Akademik Üzvlüyü

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının akademik üzvüyük.

Teknofest Azərbaycan

Ölkədə ilk keçirilən Teknofest festivalının tərəfdaşlarından biri olduq.

Bizim haqqımızda

Sektörün böyüməsi və keyfiyyətli mütəxəssislərə tələbatın artması ilə platformanın fəaliyyəti gənclər və şirkətlər üçün dəyərli bir əməkdaşlıq zəmini yaradır.

Besim AltınokFounder, CyberPath Training (CyberExam)

Gənclərə etik davranış, hücum növləri və şəxsi məlumatların qorunması kimi mövzularda bilik verən bu cür təlim mərkəzləri ölkənin rəqəmsal infrastrukturunun daha dirənçli olmasına töhfə verir.

Gülşah BakırcıCEO, Allsafe Cyber Security LLC

Platforma Azərbaycanda milli, sektorial və məşğulluq istiqamətlərində davamlı uğurlu fəaliyyət göstərərək sahəyə əhəmiyyətli töhfələr verir.

Alican KirazHead of Engineering – Cyber Defense Center, Trendyol

Hədəfləriniz üçün bizimlə əlaqə saxlayın

Akademiyaya qoşulmaq və ya əməkdaşlıq etmək istəyirsiniz?

Kurslar, HackBaku və Kiber Kafe tədbirləri haqqında məlumat üçün yazın.

info@kiberplatforma.az