InfoSEC 2024 növbəti dayanacağı Bakı Mühəndislik Universiteti oldu
10 oktyabr 2024-cü il tarixində, oktyabr dünya kibertəhlükəsizlik maarifləndirmə ayı çərçivəsində, Kibertəhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) birgə təşkilatçılığı ilə hashtag "InfoSEC2024" layihəsinin üçüncü tədbiri uğurla həyata keçirildi.
Akademiya tələbələrimiz “ICSD 2024” CTF yarışında təmsil olundu
Kibertəhlükəsizlik Platforması Akademiyasının yeni tələbələri bu il ilk dəfə olaraq Beynəlxalq Kibertəhlükəsizlik Günləri çərçivəsində baş tutan nüfuzlu tədbirdə iştirak etdilər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Prosol Kibertəhlükəsizlik Şirkətinin təşkilatçılığı ilə hər il keçirilən “ICSD” (International Cyber Security Days) tədbiri, bu il də uğurla tamamlandı.
Kiber Təhlükəsizlik Platforması "Tech Connect 2024" tərəfadaş qismində
Bu tədbir, texnologiya sahəsindəki innovativ həllər və yeni yanaşmaların müzakirəsi üçün mühüm bir platforma idi. Xüsusi olaraq qeyd etmək istərdim ki, "Kibertəhlükəsizlik və Risklər" panelində Platformamızın Akademiya təlimçisi, hörmətli Sona Talibova öz bilik və təcrübəsini bölüşərək risklərin idarə olunması və gələcək perspektivləri barədə qiymətli fikirlərini iştirakçılara çatdırdı.
Möhtəşəm InfoSEC 2024 həyacanı UNEC-də davam etdi!
Kiber Təhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)-nın birgə təşkilatçılığı ilə həyata keçirilən və Azerbaijan State University of Economics • UNEC)-in ev sahibliyini etdiyi "InfoSEC 2024" tədbiri böyük maraq doğurdu
Vətən borcu" layihəsinin 1-ci dalğasının məzun günü uğurla tamamlandı.
Bu həftəsonu Kiber Təhlükəsizlik Platformasının rəhbər heyətinin iştirakı ilə "Vətən Borcu" layihəsinin I dalğasının ilk məzun günü təşkil olundu. Şəhid övladları və qazilərimizin "Kibertəhlükəsizlik" sahəsində potensial kadr kimi yetişdirilməsi məqsədilə həyata keçirilmiş bu layihə, Cybernetics Milli Kibertəhlükəsizlik Şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) birgə təşkilatçılığı, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə baş tutmuşdur.
Platformamız tərəfindən InfoSEC2024 tədbiri təşkil edildi.
Kiber Təhlükəsizlik Platformasının təşkilati dəstəyi ilə ADA Universitetində kibertəhlükəsizlik tədbiri təşkil edildi. Tədbir ADA Universitetinin Kiber Klub gənclərinin istəyi əsasında, Platformamızın kibertəhlükəsizlik mütəxəssisləri, akademiya tələbələri və koordinasiya komandası tərəfindən təşkil olundu.
Nümayəndə heyəti 3-cü Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi
Kiber Təhlükəsizlik Platformasının nümayəndə heyəti və Akademiya tələbələrindən ibarət komanda, 1 iyun 2024-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)-nın təşkilatçılığı ilə həyata keçirilən 3-cü Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi
Platformamız KOBİA-nın Startup Rezidenti Oldu
Kiber Təhlükəsizlik Platforması, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi olaraq startup rezident subyektidir. Kiber Təhlükəsizlik Platformasının Tədqiqat və İnkişaf Mərkəzi bundan sonra bir çox milli kibertəhlükəsizlik həllərinin inkişafı istiqamətində müxtəlif layihə addımları atmağa davam edəcək.
Akademiya Tələbə Sayı
Peşəkar Layihə Sayı
Göstərdiyimiz Xidmət Sayı
Akademiya Məzun Sayı
Struktur və
Fəaliyyətlərimiz
Kibertəhlükəsizlik Akademiyası
Kibertəhlükəsizlik Akademiyası, akademik təlim, tədris və kurs fəaliyyətlərinin təşkil edilməsi üçün təhsis olunmuş bir müəssisədir. Akademiyada ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsi və peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması əsas məqsəd olaraq qəbul edilir.
Kibertəhlükəsizlik Laboratoriyası
Kibertəhlükəsizlik Laboratoriyası, akademiya baxımından təhsil alıb və ya öz praktiki bacarıqlarını artırmaq istəyən şəxslər üçün hücum və müdafiə metodlarının inkişaf etdirilməsi məqsədi ilə təhsis olunmuşdur.
Araşdırma və İnkişaf Mərkəzi
Araşdırma və İnkişaf Mərkəzi, ölkəmizdə milli həllərin hazırlanması, start-up idealarının həyata keçirilməsi və müxtəlif kibertəhlükəsizlik əsaslı karyera inkişaf proqramlarının təşkil edilməsi üçün təhsis olunmuşdur.
Sertifikatlaşdırma və Karyera Mərkəzi
Sertifikatlaşdırma Mərkəzi tərəfindən təşkil edilən sertifikat proqramları və imtahanlar, tələbələrə və peşəkarlara kibertəhlükəsizlik sahəsində maraqlı mövzuları və müvafiq beynəlxalq standartları öyrənmək imkanı verir.
Xidmət və Təkliflərimiz
Fərdi və Korporativ Kibertəhlükəsizlik Təlimləri
Sertifikat və Karyera Dəstək
Kibertəhlükəsizlik Konsultasiya Xidmətləri
Kibertəhlükəsizlik və IT Dəstək Xidmətləri
Praktiki Nüfuzetmə Test Laboratoriyaları
Kibertəhlükəsizlik Məhsul və Həllərin Hazırlanması
Biz Kimlərlə Çalışırıq
Universitetlər
İnnovasiya Mərkəzləri
Təhsil
Dövlət Qurumları
Özəl Müəsisələr
Gənclər Mərkəzləri
Platformamızın Tarixi
Kiber Təhlükəsizlik Platforması, yaradıldığı gündən etibarən müxtəlif fəaliyyətlər və uğurlar əldə etmişdir. İllər ərzində platformanın nümayişçiləri aşağıdakı fəaliyyətləri həyata keçirib
Fəaliyyətlərimiz
Təhsis Edilmə
2019 ilinin İyun ayının 27-də ölkəmizdə KTLab adı altında kibertəhlükəsizlik laboratoriyası kimi fəaliyyətə başlayan platform işə başladı. İlk fəaliyyət dövründə, xüsusilə maarifləndirmə və şəxsi inkişaf əsaslı təlimlər verməyə başladı.
Əməkdaşlıqlar və Dəstək
2020 – Qurulduğu gündən sürətlə inkişaf edən Platformanın gücünə güc qatan dəstəkçilərimiz oldu. Türkiye Kibertəhlükəsizlik Kümelenmesi, Gais Kibetəhlükəsizlik şirkəti kimi qurumlar tərəfindən müxtəlif dəstəklər aldıq. Gənclər tərəfindən yaradılan bu Platforma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Bakı Gənclər Mərkəzində məkan dəstəyi əldə etdi.
Teknofest Azərbaycan, HackBaku
2022-ci il, üç əhəmiyyətli layihəni uğurla icra edərək böyük nailiyyətlər əldə etdi. Ölkəmizdə ilk dəfə keçirilən Teknofest festivalının tərəfdaşı olduk. Bundan başqa, HackBaku 2022 kibertəhlükəsizlik yarışını ölkəmizdə ilk dəfə təşkil edərək adımızı ölkə kibertəhlükəsizliyinə ən uğurlu və sürətli inkişaf edən mərkəz kimi qeyd etdirdik. Həmçinin, platformumuz ölkəmizdə ilk dəfə dünyaca məşhur sertifikalaşdırma təşkilatı olan EC-Council tərəfindən akkreditasiya alaraq fəaliyyətləri 145 ölkədə tanınmağa başladı.
AKTA üzvlük və Kiber Kafe
2023-cü il, Kiber Təhlükəsizlik Platforması artıq gənclərin ən sevimli mərkəzi halına gəlmiş və müxtəlif peşəkar kibertəhlükəsizlik kadrlarının yetişdirilməsində əhəmiyyətli bir rol oynamışdır. Bu ildə ilk dəfə özündə 5 kurs proqramını təqdim edən təlim müəssisəsi “Kibertəhlükəsizlik Akademiyası” adını almışdır. Bundan başqa, platformamız bu il ölkəmizdə yaradılmış əhəmiyyətli kibertəhlükəsizlik təşkilatı AKTA-nın akademik üzvlüyünə qəbul edilmişdir. Həmçinin, bu il ərzində müxtəlif peşəkar mütəxəssisləri bir araya gətirən “Kiber Kafe” layihəsinin ən böyük tədbirini təşkil etmişdir.
Xəbərlər və Bloqlar
InfoSEC 2024 növbəti dayanacağı BMU oldu
10 oktyabr 2024-cü il tarixində, oktyabr dünya kibertəhlükəsizlik maarifləndirmə ayı çərçivəsində, Kibertəhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) birgə təşkilatçılığı ilə hashtag#InfoSEC2024 layihəsinin üçüncü
Möhtəşəm InfoSEC 2024 həyacanı UNEC-də davam etdi!
Kiber Təhlükəsizlik Platforması və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)-nın birgə təşkilatçılığı ilə həyata keçirilən və Azerbaijan State University of Economics • UNEC)-in ev sahibliyini etdiyi
Platformamız, “Tech Connect 2024” tərəfdaşı qismində
Kiber Təhlükəsizlik Platforması rəhbərliyi və Kibertəhlükəsizlik Akademiyası heyəti olaraq, TechConnect Baku’24-də tərəfdaş qismində iştirak etməkdən böyük məmnunluq hissi keçirdik. Bu tədbir, texnologiya sahəsindəki innovativ həllər
Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın
Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.
Digər Telefonlarımız:
- +994 51 2300902
- +994 51 2300903
- +994 51 2300904
- Rəhbərlik
- Kibertəhlükəsizlik Akademiyası
- Texniki Dəstək
Elektron Poçt Adreslərimiz
İnsan Resursları:
[email protected]
Texniki Dəstək:
[email protected]
Akademiya:
[email protected]
Suallarınızı Bizə Yazaraq Bildirin
Tərəfdaş və Partnyorlar
Bizlərlə birlikdə ölkəmizdə kibertəhlükəsizliyin inkişafına dəstək verən dəyərli tərəfdaşlarımız.