“Whatsapp” bütün dünyada çökdü

Kiber Təhlükəsizlik Platforması Tech.az-a istinadən bildirir ki, “Whatsapp” messenger proqramınının fəaliyyətində problem yaranıb. Aldığımız son məlumatlara görə, istifadəçilərdə Whatsapp işləmir. Serverdə yaranmış problemə görə mesajlar getmir

Bu barədə istifadəçilər sosial şəbəkələrdə yarım saatdan çoxdur ki, xidmətdə problem yarandığını və messencer vasitəsilə mesajlar göndərə bilmədiklərini bildirirlər.

Problemin qlobal miqyas daşıdığı və dünyanın bir sıra ölkələrində müşahidə olunduğu bildirilir. Problemin dəqiq səbəbləri bilinməsə də, qısa müddət ərzində həll olunması gözlənilir. Məsələ ilə bağlı Whatsapp hələlik rəsmi açıqlama verməyib.