Akademiya tələbələrimiz “ICSD 2024” CTF yarışında təmsil olundular

Kibertəhlükəsizlik Platforması Akademiyasının yeni tələbələri bu il ilk dəfə olaraq Beynəlxalq Kibertəhlükəsizlik Günləri çərçivəsində baş tutan nüfuzlu tədbirdə iştirak etdilər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Prosol Kibertəhlükəsizlik Şirkətinin təşkilatçılığı ilə hər il keçirilən “ICSD” (International Cyber Security Days) tədbiri, bu il də uğurla tamamlandı.

Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsindəki ən son tendensiyaları, yeni texnologiyaları və qlobal təhlükəsizlik təhdidlərini müzakirə etmək, həmçinin kibermüdafiə sahəsində əməkdaşlığı gücləndirmək idi. Tədbir zamanı keçirilən “How am I” CTF (Capture the Flag) yarışması xüsusi maraq doğurdu. Məzun tələbələrimiz və bu il Yay Məktəbinin iştirakçıları, fərqli komanda adları ilə yarışda fəal iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Bu yarışma tələbələr üçün bir öyrənmə və inkişaf meydanı olmaqla yanaşı, onların praktiki təcrübə qazanmasına və beynəlxalq səviyyədə rəqabət aparan komandalarla qarşılaşmasına şərait yaratdı. Həm tələbələrimizin, həm də məzunlarımızın bu cür tədbirdə uğurla iştirak etmələri gələcəkdə onların kareyaralarına dəstək olacaqdır.

Digər xəbər və bloqlar

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
career@kiberplatforma.az

2

Texniki Dəstək:
support@kiberplatforma.az

3

Akademiya:
academy@kiberplatforma.az

Suallarınızı Bizə Yazaraq Bildirin