Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Akademiyasının tələbələri üçün təşkil etdiyi “Açıq Masa” kibertəhlükəsizlik inkişaf proqramının bu gün ilk görüş tədbiri təşkil olundu. Qonaqlarımız Elektron Hökumət Portalının kibertəhlükəsizlik mütəxəssisi Bairam Mamedov və Kiber Təhlükəsizlik Platformasının “Ethical Hacking Fundamental” təlimçisi həmçinin Elektron Hökumətin İnkişafı Portalının kibertəhlükəsizlik mütəxəssisi Mammad Rahimzade və Platformamızın rəhbəri kibertəhlükəsizlik məsləhətçisi Sahin Aliyev Akademiya tələbələrimizin müxtəlif suallarını cavablandırdılar. Dəvətimizi qəbul etdikləri üçün hər iki qonağımıza təşəkkür edir, bu cür görüşlərin Akademiya tələbələrimizlə müntəzəm keçiriləcəyini diqqətinizə çatdırmaq istəyirik.