Əziz izləyicilərimiz, Kiber Təhlükəsizlik Platforması və Allsafe Kiber Təhlükəsizlik şirkətinin birgə təşkilatçılığı ilə Allsafe kibertəhlükəsizlik mütəxəssislərindən ibarət komanda heyəti nümayəndələri Oğuzhan Kara və Bugra TURKOGLU tərəfindən 20 Fevral saat 14:00-da Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyası tələbələri üçün “Web Uygulama Güvenliği” (Application Security 101 Burp Suite – Application Security Testing Software 101OWASP TOP10) mözvusunda təlim proqramı baş tutacaq. Təlim Bakı Gənclər Mərkəzində onlayn şəkildə yalnız Platformamızın Kibertəhlükəsizlik Akademiya tələbələri üçün nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, bu cür inkişaf proqramları Akademiya tələbələrimiz üçün müntəzəm olaraq reallaşdırılacaq.