Kiber Təhlükəsizlik Platforması nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Akademiyasının təlim-tədris metodlarının inkişafı, bu sahə ilə maraqlanan şəxslərin və gənclərin peşəkar bacarıqlarının artırılması istiqamətində silsilə maarifləndirici təlim proqramı may ayında da təşkil olunmuşdur. Belə ki, sözügedən təlim proqramı 11 may 2023-cü il tarixində saat 15:00-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuşdur.
Təlim proqramının açılış nitqini Kiber Təhlükəsizlik Platformasının təsisçi və icraçı direktoru Sahin Aliyev edərək, öz təcrübələrini və bu sahə üzrə lazımi bilikləri gənclərimizlə paylaşmış, həmçinin onlarla birlikdə bu sahədə əmək bazarının tələblərinə aid bəzi aktual mövzuların təhlilərini aparmışdır.
Növbəti çıxış üçün söz Kibertəhlükəsizlik Akademiyasının cari ildə məzunu olmuş Islam Aslanlı -ya verilmişdir. O da öz növbəsində zərərli proqramlar, onlardan qorunma üsulları və baş verən kiberhücumlar haqqında öz bilik və təcrübəsini gənclərlə bölüşmüşdür.