BDU SABAH Qrupları Platformamızın “Kibertəhlükəsizlik” təlimində

Kiber Təhlükəsizlik Platforması, Bakı Gənclər Mərkəzi və Bakı Dövlət Universitetinin SABAH qruplarının birgə təşkilatçılığı ilə Platformamızın Kibertəhlükəsizlik Akademiya təlimçiləri “Baş Təlimçi” Məmməd Rəhimzadə, “Kiçik Təlimçi” Hüseyn Qadaşov, kibertəhlükəsizlik komanda üzvlərimiz Beyrək Əsgərzadə, Nicat Qəşədərli və 30-dan çox tələbə ilə 2 günlük professional kibertəhlükəsizlik təlim proqramı uğurla yekunlaşdı. Təlim müddəti boyunca mütəxəsisslərimiz tərəfindən tələbələrə kibertəhlükəsizliyin təməlləri, tətbiqi hücum-müdafiə metodları və bu sahədə gələcək karyeralarının inkişafı istiqamətində bir çox önəmli məlumatlar verildi. Platformamız tərəfindən bu cür təlim proqramlarının silsilə təşkil olunması istiqamətində addımlar atılmağa davam edəcəkdir.