Olympus Blog

In the Olympus blog you'll find the latest news about the community, tutorials, helpful resources and much more! React to the news with the emotion stickers and have fun!

Kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün strategiya təsdiq edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” təsdiq edilsin

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın (bundan sonra – Strategiya) həyata keçirilməsini əlaqələndirsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası:

3.1. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etsin;

3.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

“Gənc Təqaüdçü” layihəsində son mərhələ yekunlaşdı.

Kiber Təhlükəsizlik Platformasının gənclərin inkişafı istiqamətində təşkil etdiyi “Təqaüdçü Tələbə” adı altında tələbə təqaüd proqramının 3-cü mərhələsi olan imtahan prosesi uğurla başa çatmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bu zamana qədər tələbə təqaüd proqramından 400 nəfər qeydiyyatdan keçmiş və onun 40 nəfəri müsahibəyə çağırılmışdır. Müsahibədən uğurlu keçən 16 nəfəri isə imtahanda iştirak etməyə haqq qazandı.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyası növbəti məzunlarını yola saldı

Məzun günümüzdə tələbələrimiz ilə birlikdə dəyərli qonağımız SOCAR Downstream şirkətinin Rəqəmsallaşdırma və IT üzrə meneceri hörmətli Bora Engin bəy iştirak etmişdir. Qonağımız iştirak zamanı gənclərimizə kibertəhlükəsizlik sahəsində iş və karyera haqqında bir çox dəyərli məsləhətlər vermiş bununla yanaşı gənclərimizə gələcək karyeralarında uğurlar arzulamışdır. İştirakı ilə bizləri sevindirən hörmətli Bora bəyə təşəkkür edir, məzunlarımızın hər birini səmimi qəlbdən təbrik edirik

“Whatsapp” bütün dünyada çökdü

Kiber Təhlükəsizlik Platforması Tech.az-a istinadən bildirir ki, “Whatsapp” messenger proqramınının fəaliyyətində problem yaranıb. Aldığımız son məlumatlara görə, istifadəçilərdə Whatsapp işləmir. Serverdə yaranmış problemə görə mesajlar getmir

Bu barədə istifadəçilər sosial şəbəkələrdə yarım saatdan çoxdur ki, xidmətdə problem yarandığını və messencer vasitəsilə mesajlar göndərə bilmədiklərini bildirirlər.

Problemin qlobal miqyas daşıdığı və dünyanın bir sıra ölkələrində müşahidə olunduğu bildirilir. Problemin dəqiq səbəbləri bilinməsə də, qısa müddət ərzində həll olunması gözlənilir. Məsələ ilə bağlı Whatsapp hələlik rəsmi açıqlama verməyib. 

HackBaku-nun “Bug Bounty” üzrə qalibi tələbəmiz Elşən Paşayev oldu.

Dəyərli izləyicilərimiz bildiyiniz kimi təşkilatçı olduğumuz “HackBaku” Milli Kibertəhlükəsizlik Yarış Proqramı uğurla sona çatmışdır. Bu yarışa ölkəmizin müxtəlif bölgələrindən tələbələr qatılmış və xüsusən universitet tələbələrinin mübarizəsi getmişdir. 2-ci kateqoriya “BUG BOUNTY” üzrə yarışan 3 nəfər arasından Kiber Təhlükəsizlik Platformasının məzunu Elşən Paşayev olmuşdur. O yarışın 2 dövrəsində bu yarışa özəl anlaşmalı web test bazası verilən “Keepface” platformasında tapdığı boşluqla yarışı öncə tamamlayaraq birinci yerə sahib olmuşdur. Tələbəmiz olmuş Elşən Paşayevə Kiber Təhlükəsizlik Platforması adından uğurlar arzu edirik.

 

HackBaku 2022 – Kiber Təhlükəsizlik Platforması

 

Kiber Təhlükəsizlik Platformasının təşkilatçılığı ilə HackBaku milli Kibertəhlükəsizlik yarışması baş tutdu. Yarışma proqramı 3 əsas istiqamətdə “CTF”, “Fikir yarışması” və “Bug Hunter” yarışması olaraq həyata keçirilib. Sonda qalib olan iştirakçılara dəyərli hədiyyələrin təqdim edilib. #kibertəhlükəsizlik #hackbaku #kiberplatforma #hacker #sibergüvenlik #kiber

HackBaku 2022 uğurla yekunlaşdı

Kiber Təhlükəsizlik Platforması və Baku Youth CenterKarmasis AzerbaycanYER Hosting və Gais Cyber Security Kibertəhlükəsizlik Şirkətinin əsas sponsorluğu ilə reallaşdırılan HackBaku Milli Kibertəhlükəsizlik Yarış Proqramı ölkəmizdə ilk genişmiqyaslı yarış olaraq ilkə imza atdı. Ölkəmizin ən güclü gənc hackerləri öz bacarıqlarını üç yarış proqramında sınadılar. Bu yarış proqramları “CTF” “BugBounty” və “Fikir Yarışması” oldu. Ümumilikdə 20 finalçının iştirak etdiyi yarışda “CTF” üzrə 1-ci yer Beyrak, 2-ci yeri Emil Farzaliyev, 3-cü yeri isə Elvin Amanov qazandı. Digər yarış “Bug Bounty” qalibi isə gənc yetənək Elshan Pashayev oldu. Digər yerləri Azar Malikov və Asim Verdiyev bölüşdülər.

Xatırlatmaq istəyirik ki, “CTF” yarış proqramının professional infrastrukturu, Gais Cyber Security kibertəhlükəsizli şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri və bu mütəxəsisslərə rəhbərlik edən Türkiyənin sayılıb seçilən kibertəhlükəsizlik mühəndisi Numan Turle tərəfindən qurulmuşdur. “Bug Bounty” yarış proqramının təşkilində əsas pay sahibi tərəfdaşımız Albanian Cyber Association və FINDBUG.IO Bug Bounty firmasına və şəbəkə infrastrukturunun təşkilində bizlərə dəstək olan RABALON AZERBAIJAN şirkətinə təşəkkür edirik.

Platformamızın təşkil etdiyi “HackBaku”da əməyi keçən könüllülərimizə, təşkilati və texniki komanda heyətinə və xüsusən bu yarış proqramında iştirak edən spiker qonaqlarımız Shahin AliyevAtıl SamancıoğluOsman DoğanTanzer AbaziAyaz KarimovZafar MammadovBerna BaysalRaqif QasimovRamin Iskandarova dərin minatdarlığımızı bildirir, video üçün media dəstəkçimiz Tech.az təşəkkür edirik.

Biz Kiber Təhlükəsizlik Platforması olaraq öz gənclərimizlər birgə bundan sonrada layihələr və xüsusi proqramlarla ölkəmizdə bu sahənin inkişafına əlimizdən gələn dəstəyi verəcəyik.

 

Ölkənin genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramında iştirakçı qeydiyyat mərhələsi uğurla yekunlaşdı.

Kiber Təhlükəsizlik Platformasının təşkilatçılığı ilə keçirilən “HackBaku” milli kibertəhlükəsizlik yarış proqramının iştirakçı qeydiyyat mərhələsi uğurla yekunlaşmışdır . Ümumi 215 qeydiyyatçı içindən 147 şəxs iştirakçı seçim mərhələsinə qatılmağa haqq qazanmışdır. Bu mərhələdə müsahibəni uğurla başa vuran könüllülər yarış hazırlıq prosesinə, yarışçılar isə 15 oktyabrda keçiriləcək ilk yarış seçim turuna iştirak haqqı qazanacaqdır. Nəzərinizə çatdırırıq ki, ilk yarış turu 15 oktyabr tarixində saat 21:00-da yarışın sponsoru “Gais” Türkiyə Kibertəhlükəsizlik Şirkətinin dəstəyi ilə birgə qurulan xüsusi CTF platforma üzərindən online şəkildə keçiriləcəkdir.

HackBaku 2022-yə start verilir.

Hörmətli izləyicilərimiz 21-22 oktyabr ilki paytaxdımızda keçiriləcək genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramı “HackBaku” 2022-nin ilk iştirakçı qeydiyyat mərhələsinə start veririk. Diqqətinizə çatdırmaq istəyirik ki, qeydiyyat mərhələsi sabah saat 09:00-yarışın keçiriləcəyi məkan Bakı Gənclər Mərkəzində olacaq.

Kiber Təhlükəsizlik Platforması tərəfindən təşkil olunacaq bu yarış proqramı 3 mərhələ olmaqla, 1 seçim tur mərhələsi və 2 əsas mərhələdən ibarət olacaqdır. Komandalar bu mərhələlərdə yarışmaya başlayaraq sonda finala qədər mübarizə aparırlar. Onlayn seçim turunu uğurla tamamlamış 6 komanda yarımfinal mərhələsinə keçəcək. Mərhələni keçən 6 komandadan 3 ən yaxşı komanda isə əsas mərhələ – HackBaku 2022 final mərhələsinə vəsiqə qazanacaq.

Bu yarışma proqramı 3 əsas istiqamətdə CTF,  Fikir yarışması və Bug Hunter yarışması olaraq həyata keçiriləcək. Qeyd edək ki,  “HackBaku” ilk olaraq Bakıda keçiriləcək. Yarışın sonrakı illərdə regionlarımızda da təşkil olunması nəzərdə tutulub. Hal hazırda ilk yarış ümumi 10 komanda (4 komanda regionlarımızdan seçilib yarış üçün dəvət ediləcək) olmaqla, 60 yarış iştirakçısı ilə Oktyabr ayının 15 saat 21.00-da onlayn, Yarımfinal və Böyük Final mərhələsi Oktyabr ayının 21, 22-si Gənclər və İdman Nazirliyinin Bakı Gənclər Mərkəzində keçiriləcək.

Platformamız “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində

İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib. Qonaq qismində Kiber Təhlükəsizlik Platformasının rəhbərliyinində iştirak etdiyi sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib. Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.

Karmasis Türkiyə nümayəndəliyi Platformamızın qonağı oldular

Bu gün tərəfdaşımız Türkiyənin tanınmış kibertəhlükəsizlik firması Karmasis A.Ş nümayəndə heyəti Karmasis Azerbaycanın icraçı direktoru, Karmasis A.Ş-nin biznes inkişaf meneceri Burak Baysal və kibertəhlükəsizlik komandasının komanda rəhbəri Mert Topçu mərkəmizi ziyarət etdilər. Mərkəzin daxilində yaradılmış kibertəhlükəsizlik imkanları ilə yaxından tanış olan komanda nümayəndələri gənclərimizlə görüşüb onların müxtəlif suallarını cavablandırdılar. Kiber Təhlükəsizlik Platforması olaraq Karmasis A.Ş şirkətinin bütün komanda heyətinə dərin təşəkkürümüzü bildiririk.

 

Kiber Təhlükəsizlik Platformasından önəmli məlumatlandırma

Kiber təhlükəsizlik Platforması kibertəhlükəsizlik sahəsində vətənimizin rəqəmsal sərhədlərinin qorunmasının təşkili və hazırki həssas vəziyyəti nəzərə alaraq düşmənin kiber hücüm risklərinin azaldılması, vətəndaşlarımızın şəxsi məlumatlarının qorunması, baş verəcək hər hansı kiber hücumun qarşısının alması istiqamətində çox önəmli məlumatı nəzərinizə çatdırır.
Bildiyiniz kimi düşmənin dövlət sərhədində törətdiyi təxribatlarla birlikdə, məlumatların ələ keçirilməsi istiqamətində müxtəlif kiber təhdidlər reallaşdırılmaqdadır. Bu cür təhdidlər adətən məlumatların ifşa olunması, saxta və qeyri-rəsmi məlumatların ölkə ərazisində yayılmasını təşkil etməkdir. Vətandaşlarımızın bu cür provokasiya və saxta məlumatlara aldanmaması vacibdir. Bununla birlikdə kiber hücuma məruz qalmamaq üçün vətəndaşlara şəxsi məlumatlarınızı ehtiva edən sosial media hesabları, şəxsi və biznes elektron poçtlarınızı ikili doğrulamalar kimi təhlükəsizlik tənzimləmələrinə malik olduğuna diqqət etmələri məsləhət görülür. Fishing və oxşar sosial mühəndislik hücumlarının qarşısının alınması üçün tanımadığınız mənbələrdən gələn linklərə daxil olmayın. Hal-hazırda bildiyiniz kimi saxta məlumatların qarşısını almaq məqsədi ilə ölkəmizdə bəzi sosial şəbəkə və sosial mesajlaşma proqramlarının istifadəsinə müvəqqəti olaraq məhdudiyyət gətirilmişdir. Hal hazırdakı vəziyyətə uyğun olaraq ölkə ərazisində istifadəsinə məhdudiyyət qoyulmuş adı çəkilən proqramlara fərqli üsullarla giriş etmək istəyən şəxslərin bu cür fəaliyyətlər aparmaması və xüsusən şəbəkə tunelləmə sistemlərinin (VPN) istifadəsi zamanı baş verəcək ciddi məlumat sızıntılarının diqqətə alınması lazımdır. Unutmayaq ki, reklam və reklama bənzər VPN-lər ödənişsiz olmağına baxmayaraq çox önəmli məlumat sızıntılarının əsas mənbəyidir. Bildiyiniz kimi, informasiya müharibəsinin aktiv fazası dövründə vətəndaşlarımızdan xidmət aparan şəxslər, kritik hərbi infrasturukturlar, xidməti bölgələr və bu cür önəmli məlumatlar haqqında sosial media və ya ictimaiyyətə açıq internet mənbələrdən paylaşım etməmələri və verilən bu cür xüsusi xəbərdarlıqlara diqqət etməlidirlər. Yaranmış hər hansı bir kiber hücümlar, təhdidlər və ya digər təhlükələrdə aşağıda qeyd olunan aidiyyatı dövlət qurumlarına müraciət etmələri vacibdir.

Gəlin ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına birgə dəstək olaq!

 

Elektron Təhlükəsizlik Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti

Daxili İşlər Nazirliyi