17.01.2023 tarixində Kiber Təhlükəsizlik Platforması-nın rəhbər heyəti Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını ziyarət etdi. Görüş çərçivəsində bu sahənin ölkəmizdə inkişafı istiqamətində aparılacaq fəaliyyətlərin birgə inkişafı və gələcək layihələrin təşkili istiqamətində bir çox məsələlər müzakirə edildi. Dəvət təklifinə görə AKTA-nın idarə heyətinin rəhbərliyinə Platformamız adından təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
“Whatsapp” bütün dünyada çökdü
Kiber Təhlükəsizlik Platforması Tech.az-a istinadən bildirir ki, “Whatsapp” messenger proqramınının fəaliyyətində problem yaranıb. Aldığımız son məlumatlara görə, istifadəçilərdə Whatsapp işləmir. Serverdə yaranmış problemə görə mesajlar getmir
Bu barədə istifadəçilər sosial şəbəkələrdə yarım saatdan çoxdur ki, xidmətdə problem yarandığını və messencer vasitəsilə mesajlar göndərə bilmədiklərini bildirirlər.
Problemin qlobal miqyas daşıdığı və dünyanın bir sıra ölkələrində müşahidə olunduğu bildirilir. Problemin dəqiq səbəbləri bilinməsə də, qısa müddət ərzində həll olunması gözlənilir. Məsələ ilə bağlı Whatsapp hələlik rəsmi açıqlama verməyib.
Kiber Təhlükəsizlik Platformasından önəmli məlumatlandırma
Kiber təhlükəsizlik Platforması kibertəhlükəsizlik sahəsində vətənimizin rəqəmsal sərhədlərinin qorunmasının təşkili və hazırki həssas vəziyyəti nəzərə alaraq düşmənin kiber hücüm risklərinin azaldılması, vətəndaşlarımızın şəxsi məlumatlarının qorunması, baş verəcək hər hansı kiber hücumun qarşısının alması istiqamətində çox önəmli məlumatı nəzərinizə çatdırır.
Bildiyiniz kimi düşmənin dövlət sərhədində törətdiyi təxribatlarla birlikdə, məlumatların ələ keçirilməsi istiqamətində müxtəlif kiber təhdidlər reallaşdırılmaqdadır. Bu cür təhdidlər adətən məlumatların ifşa olunması, saxta və qeyri-rəsmi məlumatların ölkə ərazisində yayılmasını təşkil etməkdir. Vətandaşlarımızın bu cür provokasiya və saxta məlumatlara aldanmaması vacibdir. Bununla birlikdə kiber hücuma məruz qalmamaq üçün vətəndaşlara şəxsi məlumatlarınızı ehtiva edən sosial media hesabları, şəxsi və biznes elektron poçtlarınızı ikili doğrulamalar kimi təhlükəsizlik tənzimləmələrinə malik olduğuna diqqət etmələri məsləhət görülür. Fishing və oxşar sosial mühəndislik hücumlarının qarşısının alınması üçün tanımadığınız mənbələrdən gələn linklərə daxil olmayın. Hal-hazırda bildiyiniz kimi saxta məlumatların qarşısını almaq məqsədi ilə ölkəmizdə bəzi sosial şəbəkə və sosial mesajlaşma proqramlarının istifadəsinə müvəqqəti olaraq məhdudiyyət gətirilmişdir. Hal hazırdakı vəziyyətə uyğun olaraq ölkə ərazisində istifadəsinə məhdudiyyət qoyulmuş adı çəkilən proqramlara fərqli üsullarla giriş etmək istəyən şəxslərin bu cür fəaliyyətlər aparmaması və xüsusən şəbəkə tunelləmə sistemlərinin (VPN) istifadəsi zamanı baş verəcək ciddi məlumat sızıntılarının diqqətə alınması lazımdır. Unutmayaq ki, reklam və reklama bənzər VPN-lər ödənişsiz olmağına baxmayaraq çox önəmli məlumat sızıntılarının əsas mənbəyidir. Bildiyiniz kimi, informasiya müharibəsinin aktiv fazası dövründə vətəndaşlarımızdan xidmət aparan şəxslər, kritik hərbi infrasturukturlar, xidməti bölgələr və bu cür önəmli məlumatlar haqqında sosial media və ya ictimaiyyətə açıq internet mənbələrdən paylaşım etməmələri və verilən bu cür xüsusi xəbərdarlıqlara diqqət etməlidirlər. Yaranmış hər hansı bir kiber hücümlar, təhdidlər və ya digər təhlükələrdə aşağıda qeyd olunan aidiyyatı dövlət qurumlarına müraciət etmələri vacibdir.
Gəlin ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına birgə dəstək olaq!
Almaniyanın Sənaye və Ticarət Palataları böyük kiberhücuma məruz qalıb
Hücum təşkilatı ehtiyat tədbiri olaraq İT sistemlərini bağlamağa məcbur etdi.
“Mümkün kiberhücum səbəbiylə Almaniya Sənaye və Ticarət Palataları (DIHK) təhlükəsizlik səbəbi ilə ehtiyat tədbiri olaraq İT sistemini bağlayıb. Hazırda həll və müdafiə üzərində intensiv işləyirik. Sınaqdan sonra İT sistemləri ardıcıl olaraq işə salınır ki, şirkətlər üçün xidmətlər yenidən əlçatan olsun”, – deyə ötən həftə bildirib.
DIHK bildirib ki, onların sistemlərinin təhlükəsizliyi tam bərpa olunan kimi məlumat verəcək.
Nəşr zamanı təşkilat tərəfindən heç bir yeniləmə olmamışdır.
“Hansı proqramların işlək olduğunu bu internet saytında və digər kanallarda sizə xəbər verəcəyik. Sistemlərimizin təhlükəsizliyi tam bərpa olunan kimi, əlbəttə ki, siz də məlumatlandırılacaqsınız”, – DIHK ötən cümə axşamı bildirib.
DIHK-nın baş icraçı direktoru Maykl Berqmann kiberhücumun kütləvi olduğunu bildirib.
“Təəssüf ki, dünən İT təhlükəsizliyi ilə bağlı ciddi insident baş verdi. DIHK təşkilatı böyük kiber hücuma məruz qalıb. Təhlükəsizlik tədbiri olaraq bütün internet bağlantıları dərhal bağlandı”, o, LinkedIn-də bildirib.
“Nəticədə IHK Mittleres Ruhrgebiet-in internet saytına daxil olmaq mümkün deyil, telefon və e-poçt vasitəsilə əlaqə kanalları bağlanıb. Müvafiq olaraq, rəqəmsal xidmətlər hazırda mövcud deyil”.
Tədbirlərin nə qədər müddətə lazım olacağını deyə bilmədi.
Ukraynada bir çox dövlət qurumlarına kiberhücum
Ukrayna’nın Verkhovna Rada’sı da dahil olmak üzere birçok devlet kurumunun web siteleri saldırıya uğradı. Rusya ve Ukrayna arasındaki gerginlik devam ederken, Ukrayna’nın Verkhovna Rada’sı da dahil olmak üzere birçok devlet kurumunun web sitelerinde siber saldırılar olduğu bildirildi. Dijital Dönüşüm Bakanı Mikhail Fedorov sosyal medyadan yaptığı açıklamada, “Saat 16.00’da (CET 17.00) ülkemize bir büyük DDoS saldırısı daha başladı. Birkaç bankanın ve Rada’nın (Ukrayna) web sitelerine erişimde sorunlar var. Fedorov Ukraynaca” BT uzmanlarının siber saldırılara karşı çalıştığını ve bazı web sitelerine erişimin düzeltildiğini söyledi.
Təhlükəsiz internet gününə özəl seminarı keçirildi.
“Bakı Gənclər Mərkəzi və Kiber Təhlükəsizlik Platforması” ilə birlikdə mərkəzimizdə “Təhlükəsiz İnternet Günü”nə özəl kibertəhlükəsizlik seminarı keçirildi. Seminarda “BGM”nin könüllüləri və “Kiber Təhlükəsizlik Platforması”nın üzvləri iştirak etdi.
“Kiber Təhlükəsizlik Platforması”nın qurucu müdürü, kibertəhlükəsizlik məsləhətçisi Şahin Aliyev və “İnformasiya Təhlükəsizliyi”araşdırmacısı, “Kiber Təhlükəsizlik Platforması”nın idarə heyətinin üzvü Nigar Quliyevanın iştirakı ilə keçirilən seminarda, kibertəhlükəsizlik sahəsində bir sıra önəmli mövzuları müzakirə olundu və ilk dəfə olaraq “Kiber Təhlükəsizlik Platforması”nın “Kibertəhlükəsizlik” təlimçisi Məmməd Rəhimzadənin iştirakı ilə ssenari əsasında yarana biləcək real hücum nümunəsi laboratoriya şəraitində gənclərimizə göstərildi. Sonda iştirakçılarımızın suallarını cavablayan mütəxəssislər sahənin inkişafına dəstək proqramlarının, gələcəkdə mərkəzimiz daxilində daima keçiriləcəyini bildirdilər.