Kiber Kafe 2023 başlayır.

Ölkəmizdə “Kiber Kafe 2023” kibertəhlükəsizlik təlim və şəxsi inkişaf proqram layihəsi keçiriləcək

Ölkəmizdə kibertəhlükəsizliyin inkişafına və bu sahədə olan gənclərə dəstək vermək məqsədi ilə Kiber Təhlükəsizlik Platforması, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Asossiyasiyasının dəstəyi ilə “Kiber Kafe 2023” kibertəhlükəsizlik təlim və şəxsi inkişaf proqram layihəsidi. tech.az.xəbər verir ki, “Kiber Kafe 2023” tədbir proqramı iki hissədən ibarət olub bu sahdə fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə baş tutuacaq.


Tədbirdə informasiya təhlükəsizliyi sahəsinin nümayəndələri, dövlət və siyasət nümayəndələri, sahibkarlar və maliyə sahəsinin nümayəndələri, təhsil müəssisələrinin məsul şəxsləri, universitet rektor və nümayəndələri, eləcə də startap və biznesin inkişafı sahəsindən gələn qonaqlar iştirak edəcəklər. “Kiber Kafe 2023” kibertəhlükəsizlik tədbir proqramı 14 aprel saat 16:00 başlayacaq.

AzTU-nun Sabah Qrupları peşəkar kibertəhlükəsizlik təlimində

Kiber Təhlükəsizlik Platforması olaraq Azərbaycan Texniki Universitetinin Sabah Qruplarının magistratura tələbələrinə 4 həftəlik peşəkar kibertəhlükəsizlik təlimlərinin keçirilməsinə start verdik. Təlim 89 tələbəyə ilkin səviyyədə “Kibertəhlükəsizliyin əsasları”, “Ethical Hacking”, “Network Security” və “SOC Analyst” kimi mövzuları əhatə edəcək və xüsusi labaratoriya şəraitində tədris olunacaqdır. Təlimdə iştirak edəcək bütün tələbələrə uğurlar arzu edirik!

Tərəfdaşımız Allsafe firması tərəfindən tələbələrimizə təlim təşkil edildi.

20 Fevral Kiber Təhlükəsizlik Platforması və ALLSAFE Siber Güvenlik şirkətinin kibertəhlükəsizlik mütəxəssislərindən ibarət heyət tərəfindən Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tələbələrinə “Web Uygulama Güvenliği “ adı altında təlim proqramı keçirilmişdir. Labaratoriya şəraitində keçirilən təlimdə bir çox önəmli mövzulara (Application Security 101 Burp Suite – Application Security Testing Software 101. OWASP TOP10) toxunulmuşdur. Təlimə görə ALLSAFE Siber Güvenlik şirkətinin komanda heyətinə dərin təşəkkürlərimizi bildiririk. 

ALLSAFE Kibertəhlükəsizlik firması tərəfindən Platformamızda təlim təşkil olunacaq.

Əziz izləyicilərimiz, Kiber Təhlükəsizlik Platforması və Allsafe Kiber Təhlükəsizlik şirkətinin birgə təşkilatçılığı ilə Allsafe kibertəhlükəsizlik mütəxəssislərindən ibarət komanda heyəti nümayəndələri Oğuzhan Kara və Bugra TURKOGLU tərəfindən 20 Fevral saat 14:00-da Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyası tələbələri üçün “Web Uygulama Güvenliği” (Application Security 101 Burp Suite – Application Security Testing Software 101OWASP TOP10) mözvusunda təlim proqramı baş tutacaq. Təlim Bakı Gənclər Mərkəzində onlayn şəkildə yalnız Platformamızın Kibertəhlükəsizlik Akademiya tələbələri üçün nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, bu cür inkişaf proqramları Akademiya tələbələrimiz üçün müntəzəm olaraq reallaşdırılacaq.

Platformamızda sertifikatlaşdırma imtahan günləri

Kiber Təhlükəsizlik Platforması
Kibertəhlükəsizlik Akademiyasının “EHFC” professional kibertəhlükəsizlik sertifikatlaşdırma və 2023/2024 ili üçün nəzərdə tutulan “Kibertəhlükəsizlik Təcrübə Proqramı”-nın 2-ci seçim imtahan mərhələsi uğurla tamamlanmışdır. İmtahan nəticələri Kiber Təhlükəsizlik Platforması “CerPRO” Kibertəhlükəsizlik Sertifikatlaşdırma Mərkəzinin “cerpro.kiberplatforma.az” və akademiyamızın “academy.kiberplatforma.az vebsayt sistemləri üzərində yerləşdiriləcədir.

Təlimçimiz Hüseyn Qadaşov NASA-da zəiflik aşkar etdi

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının məzunu, hal-hazırda kiçik təlimçi olaraq gənclərimizin yetişməsinə dəstək verən “Red Team” komanda üzvümüz, Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Huseyn Gadashov 90 gün öncə NASA – National Aeronautics and Space Administration-nın veb infrastrukturu daxilində boşluq taparaq quruma rəsmi məktubla məlumat vermiş və qurum tərəfindən tapılan boşluq öz təsdiqini tapmışdır.

Tapılan boşluqda saytın error mesajindan sonra həssas məlumatlar əks olunurdu. Həmin məlumatlarda SQL bazası, kritik server məlumatları və drayver haqqında məlumatlar əks olunmuşdu. Bu boşluq daxilində yerləşən məlumatlar gələcəkdə bəd niyyətli istifadəçilər tərəfindən istifadə edilərək infrastrukturlar və serverlərə qarşı kiber hücumlar törədə bilərdilər.

Zəiflik (vulnerability) haqqında 90 gün əvvəl Nasaya detallı məlumatlar verilmiş,hal -hazırda da bu məsələ istiqamətində qurumla təmaslarımız davam etməkdədir. Xatırlatmaq istəyirik ki, Nasa önəmli kritik infrastruktur olduğu üçün ona aid tapılan zəifliyin hər hansı detallı məlumatlarını sizlərlə paylaşa bilmirik.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu boşluq artıq Nasa tərəfindən bağlanmışdır. Gənclərimizin gələcəyi üçün onların qanun daxili bütün fəaliyyətlərini Kiber Təhlükəsizlik Platforması olaraq dəstəkləməkdən qürur duyuruq. 

Platformamıza komanda yoldaşı axtarırıq.

Ölkənin ən genişmiqyaslı fəaliyyət istiqamətlərinə sahib kibertəhlükəsizlik sahəsində Azərbaycanın öndə gələn Kiber Təhlükəsizlik Platformasına aşağıda qeyd olunan sahələr üzrə komanda yoldaşı axtarışındayıq. Sizdə özünü bu sahədə inkişaf etdirmək və ya təcrübələrini artırmaq istəyirsinizsə elə indi hr@kiberplatforma.az elektron poçt adresinə cv-nizi göndərə bilərsiniz.

Vakansiyalar: EHP – Ethical Hacking Professional kurs proqramı təlimçisi (PRO) 1-yer sözləşməli, Ofis Meneceri – 2 yer təcrübəçi sözləşməli, Akademiya Koordinatoru – 2 yer təcrübəçi sözləşməli, Beynəlxalq Əlaqələr Koordinatoru – 1 yer təcrübəçi sözləşməli

Komandamıza Xoş Gəldin Sənan Səfərəliyev!

2023-cü il üçün nəzərdə tutulan Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tədris fəaliyyətlərinə start verdik. Bu dəfə təmamilə fərqli formatda, yeni metodlar və geniş tədris planı ilə qarşınızdayıq!

Əziz və dəyərli izləyicilərimiz, uzun zamandır üzərində işlədiyimiz və sizlərin də maraq dairəniz olan kibertəhlükəsizliyin ən önəmli fəaliyyət qollarından olan Defensive Security (Blue Team) tədrisinə başladıq.

Tədris boyunca ümumi olaraq “Insident Hunting”, “Incident Response”, “Digital Forensics”, “Threat Hunting” mövzuları ətrafında real laboratoriya şəraitində PROSOL şirkətinin kibertəhlükəsizlik mütəxəssisi və Kiber Təhlükəsizlik Platformasının təlimçi mütəxəssisi Sanan Safaraliyev tərəfindən tədris olunacaq.

Nəzərinizə çatdırırıq ki, dərslərimiz laboratoriya şəraitində sırf praktika yönümlü və Open source toollar üzərində keçiriləcək. Blue Team tədris metodlarımız tətbiqi dərslər zamanı Red Team tələbələrimizlə birgə ortaq fəaliyyətlər əsasında aparılacaq.

Dərslər Platformamızın əsas mərkəzi Gənclər və İdman Nazirliyi Bakı Gənclər Mərkəzində təşkil oluncaq.

Komandamıza Xoş Gəldin Sanan Safaraliyev!

Allsafe Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti mərkəzimizi ziyarət edilər. 

Allsafe Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti GULSAH BAKIRLI və komanda heyəti mərkəzimizi ziyarət edilər. Gənclərimizlə görüşən heyət mərkəzin imkanları ilə yaxından tanış oldular. Görüş əsnasında Kiber Təhlükəsizlik Platforması və Allsafe Kiber Təhlükəsizlik firması arasında mümkün əməkdaşlıq məsələləri gündəmə gətirildi. Kiber Təhlükəsizlik Platforması olaraq hörmətli GULSAH BAKIRLI ve komanda heyətinə ziyarətinə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Gais Siber Güvenlik Türkiyə komandası Platformamızda!

Ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış Gais Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti Kiber Təhlükəsizlik Platformasının Bakı Gənclər Mərkəzində yerləşən əsas mərkəzimizi ziyarət etdilər. Ziyərət daxilində komanda mərkəzimizdə yaradılmış imkanla yaxından tanış oldular.

Nümayəndə heyətinin rəhbəri Gais Kiber Təhlükəsizlik Firmasının təsisçi müdiri kibertəhlükəsizlik mütəxəssisi Osman Doğan və komandanın kibertəhlükəsizlik mütəxəssisləri Akademiyamızın tələbələrinə kibertəhlükəsizliyin günümüzdə önəmi haqqında, bu sahədə gələcək karyeralarının inkişafı istiqamətində bir çox önəmli məlumatlar və məsləhətlər verdilər, həmçinin real dərs vaxtında praktiki bir çox mövzuda təlim proqramı reallaşdırdılar. Dəvətimizə göstərdikləri marağa görə başda Osman Doğan və bütün Gais Cyber Security komandasına dərin təşəkkürlərimizi bildiririk. Gənclərin inkişafı istiqamətində bu cür silsilə təlim proqramlarımız davam edəcək.