30 noyabr “İnformasiya Təhlükəsizliyi günü”nə həsr olunmuş maarifləndirmə tədbirimizin bu gün Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbdə baş tutdu. Bildiyiniz kimi bu sahəyə və onun önəmi haqqında təkcə universitetlərdə deyil, orta məktəblər və digər tədris ocaqlarında da danışılması vacibdir.
Kiber Təhlükəsizlik Platforması olaraq bu məqsədlə “Hər kəsə əlçatan təhsil ” şüarı altında başladığımız kibertəhlükəsizlik layihəmiz daxilində şagirdlərimizlə görüşlər təşkil edirik. Bu gün baş tutan görüş zamanı İT sahəsinə duyulan marağa görə şagirdlərimizə bu sahənin əsas təməllərini danışdıq.
Xatırlatmaq istəyirik ki, bu layihə çərçivəsində rayon və şəhərlərmizdən seçilmiş həvəskar gənclərimizə öz imkanlarımızla tam ödənişsiz tədris veriləcək. Bu mərhələlər seçim turu ilə müəyyənləşəcək və ona uyğun olaraq proses həyata keçiriləcəkdir.


