Platformamız “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində

İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib. Qonaq qismində Kiber Təhlükəsizlik Platformasının rəhbərliyinində iştirak etdiyi sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib. Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.

Karmasis Türkiyə nümayəndəliyi Platformamızın qonağı oldular

Bu gün tərəfdaşımız Türkiyənin tanınmış kibertəhlükəsizlik firması Karmasis A.Ş nümayəndə heyəti Karmasis Azerbaycanın icraçı direktoru, Karmasis A.Ş-nin biznes inkişaf meneceri Burak Baysal və kibertəhlükəsizlik komandasının komanda rəhbəri Mert Topçu mərkəmizi ziyarət etdilər. Mərkəzin daxilində yaradılmış kibertəhlükəsizlik imkanları ilə yaxından tanış olan komanda nümayəndələri gənclərimizlə görüşüb onların müxtəlif suallarını cavablandırdılar. Kiber Təhlükəsizlik Platforması olaraq Karmasis A.Ş şirkətinin bütün komanda heyətinə dərin təşəkkürümüzü bildiririk.

Platformamız kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi akademiya partnyoru seçilib

Kiber Təhlükəsizlik Platforması Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants – EC-Council) rəsmi olaraq Akademiya Partnyoru seçilib.

Kiber Təhlükəsizlik Platforması Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants – EC-Council) rəsmi olaraq Akademiya Partnyoru seçilib.

“EC-Council” kibertəhlükəsizlik üzrə dünyanın ən böyük texniki sertifikatlaşdırma orqanıdır. Eyni zamanda, elektron ticarət və informasiya təhlükəsizliyi bacarıqlarına sahib olan şəxslərə dəstək verən peşəkar təşkilatdır. Qlobal miqyasda 145 ölkədə fəaliyyət göstərir və dünyaca məşhur Sertifikatlı Etik Haker, Sertifikatlı Təhlükəsizlik Təhlilçisi, Lisenziyaya Nəzarət Testi proqramlarına malikdir. Şura nüfuzlu təşkilatların kiber təhlükəsizlik təfəkkürünə təsir göstərən 200.000-dən çox informasiya təhlükəsizliyi üzrə mütəxəssis hazırlayıb.

Eyni zamanda, sözügedən qurum elektron ticarət və informasiya təhlükəsizliyi sahəsində bacarıqlara sahib olan mütəxəssisləri ətrafında cəmləyib.

Peşəkar sertifikatlaşdırma orqanı kimi tanınan “EC-Council”un mərkəzi ofisi Nyu-Meksiko şəhərində yerləşir.

Akademiyamızın 2-ci Kiber Mərkəzi fəaliyyətə başladı

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının ikinci kiber mərkəzi artıq öz tələbələrini qarşılamağa tam hazırdır. Bu mərkəz hər bir şəraitlə təmin olunaraq gənclərimizin xidmətindədir. Mərkəzin daxilində xüsusi yüksəldilmiş parametrlərə məxsus kompyuterlər və xüsusi laboratoriya mövcuddur. Qeydiyyatdan keçməyə tələsin.

Diqqət: Mərkəz Ayna Sultanova parkına yaxın, Binəqədi rayonu Səttar Bəhlulzadə 44 ünvanında yerləşməkdədir.

Qeydiyyat: https://lnkd.in/e-m-5QeG

4-cü fəaliyyət strukturumuz (SİM) təhsis olundu.

Hər zaman ölkəmizdə kibertəhlükəsizlik sahəsində ilkləri etməyə çalışan və bunu öz gəncləri ilə birgə bacaran Kiber Təhlükəsizlik Platforması ilk dəfə ölkəmizdə Milli Kibertəhlükəsizlik Sertifikat proqramlarını gənclərimizə təqdim edəcək. Bu gündən etibarən Kiber Təhlükəsizlik Platforması olaraq 4-cü əsas fəaliyyət strukturumuz SİM Sertifikat İnkişaf Mərkəzinin təhsis etməkdən qürur duyuruq. Akademiyada daxil olmaqla Platformamıza aid bütün sertifikatlaşma və təsdiq etmə proseslərini SİM (Sertifikat İnkişaf Mərkəzi) yerinə yetirəcək. Bununla yanaşı istəyən hər kəs kibertəhlükəsizlik üzrə təlim və tədris sertifikatlaşdırma proseslərində keyfiyyət təsdiq etmə ologramınıda SİM-dən ala biləcəklərlər. Yaxın günlərdə vebsayt və elektron xidmətlər tam işlək vəziyyətdə yayımlanacaq.

Kibertəhlükəsizlik Akademiyası növbəti məzunlarını verdi.

Beləcə daha bir uzun sürən marafonun sonuna gəldik. Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Akademiyasının növbəti tələbələri məzun adını qazandı. Əziz tələbələrimizə gələcək həyatında uğurlar arzu edirik. Məzun günümüzdə Karmasis Azerbaycanın Genel Müdürü hörmətli Berna Baysal xanımda iştirak etdi. Kiber Təhlükəsizlik Platforması komandası olaraq bizlərə verdiyi dəstəyə görə Karmasis A.Ş ve şəxsən Berna Baysal xanıma təşəkkür edirik.

“Cyber Security Summer School 2022” tələbələri səhər yeməyində.

Kiber Təhlükəsizlik Platformasının təşkil ediyi “Cyber Security Summer School 2022” çərçivəsində 10.08.2022-ci il tarixində gənclərin kibertəhlükəsizlik sahəsində inkişaflarının və imkanlarının artırılması mövzusunda səhər yeməyi təşkil olunmuşdur.

Sözügedən səhər yeməyi Kiber Təhlükəsizlik Platformasının təsisçisi olduğu köməkçi fəaliyyət strukturu “Creative Developers Club”un tələbələri və Zəfəroğlu şirkətlər qrupunun iştirakı ilə təşkil edilmişdir. Kibertəhlükəsizlik sahəsində öz tövhələrinə görə təşkilatçılara və iştirakçılara təşəkkürümüzü bildiririk.

Akademiyamızda “Açıq Masa” tələbələrlə görüş proqramı təşkil olundu.

Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Akademiyasının tələbələri üçün təşkil etdiyi “Açıq Masa” kibertəhlükəsizlik inkişaf proqramının bu gün ilk görüş tədbiri təşkil olundu. Qonaqlarımız Elektron Hökumət Portalının kibertəhlükəsizlik mütəxəssisi Bairam Mamedov və Kiber Təhlükəsizlik Platformasının “Ethical Hacking Fundamental” təlimçisi həmçinin Elektron Hökumətin İnkişafı Portalının kibertəhlükəsizlik mütəxəssisi Mammad Rahimzade və Platformamızın rəhbəri kibertəhlükəsizlik məsləhətçisi Sahin Aliyev Akademiya tələbələrimizin müxtəlif suallarını cavablandırdılar. Dəvətimizi qəbul etdikləri üçün hər iki qonağımıza təşəkkür edir, bu cür görüşlərin Akademiya tələbələrimizlə müntəzəm keçiriləcəyini diqqətinizə çatdırmaq istəyirik.

Kiber Təhlükəsizlik Platforması Teknofest Azərbaycanda!

Kiber Təhlükəsizlik Platformasının “Teknofest” Aerokosmika və Texnologiya Festivalında iştirak edir. Türkiyə Prezidentini Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin Kiber Təhlükəsizlik Kümələnməsi stendinə fəaliyyət aparacaq Platformamız bu festivala 2 sahə kordinatoru, 1 spiker, 2 köməkçi struktur nümayəndəsi və 4 əsas 4 köməkçi ümumi 8 kibertəhlükəsizlik mütəxəsisi ilə qatılıb. Kibertəhlükəsizlik mütəxəsislərimizin “Teknofest” heyəti qonaqlarımıza kiber insidentlərlə mübarizə məqsədli xüsusi maarifləndirmə söhbətləşməsi aparmaqdadırlar.

Akademiya rəhbərimizin Platforma daxili uğuru – Lalə Bayramova

Dəyərli izləyicilərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Kiber Təhlükəsizlik Platforması”nın – “Kibertəhlükəsizlik Akademiyası”nın Kordinatoru ailəmizin bir parçası Lalə Bayramova Akademiya daxili fəaliyyətinə bu gündən etibarən müəyyən olunmuş qaydalar çərçivəsində qarşılıqlı anlaşma ilə xitam verilmişdir. Xüsusən bildirmək istəyirik ki, komandamızın əziz və hörmətli üzvü Lalə Bayramovanın Platformamız daxilində ölkə gəncləri üçün göstərdiyi xidmətin sayı-hesabı yoxdur. Platformamızın qərarı ilə Bayramova Lalə Platformamız daxili üstün xidmət və professional quruculuq xidmətlərinə görə mükafatlandırılır. Lalə xanıma gələcək karyerasında uğurlar arzu edir və “Təşəkkürlər Lalə” deyirik!

We would like to bring to the attention of our dear viewers that Lala Bayramova, the Coordinator of the Cyber Security Platform – Cyber Security Academy, a part of our family, has terminated the internal activities of the Academy by mutual understanding within the rules established from today. In particular, we would like to note that the service rendered by the dear and respected member of our team Lala Bayramova to the youth of the country within our Platform is innumerable. By the decision of our platform, Bayramova Lala Our platform is awarded for excellent internal service and professional creative services. We wish Ms. Lala success in her future career and say “Thank you Lala”!