Bizdən xəbərlər

Windows 11 minimum sistem tələbləri dəyişdirilə bilər

Microsoft, Windows 11 minimum sistem tələblərinə dair qərarını dəyişdirə bilər.

Microsoft, Windows 11-in ilk Insider önizləməsinin çıxması ilə onsuz da qarışıq vəziyyəti daha da çətinləşdirdi. Bəzi istifadəçilərin görəcəyi kimi, önizləməni quraşdırmaq üçün xüsusi bir prosessora və ya TPM 2.0 çipinə ehtiyacınız yoxdur. Yeni bir blog yazısında şirkət bunun səbəblərini açıqladı. Bunun səbəbinin hansı sistemlərin Windows 11-i çalışdıra biləcəyi barədə daha yaxşı bir fikir əldə etmək olduğu bildirilir. Bu mənada, Microsoft-un Windows 11 minimum sistem tələbləri baxımından dəyişiklik edə biləcəyi də ortaya çıxdı.

Microsoft öz açıqlamasında deyir: “Windows İnsider Proqramımızdakı müxtəlif sistemlərə önizləmə quruluşları təmin edərək, Windows 11-in prosessor modellərində necə performans göstərdiyini öyrənəcəyik və gələcəkdə minimum sistem tələblərimizə uyğun hansı düzəlişlər etməli olduğumuzu bildirəcəyik.”. Şirkət 8-ci nəsil Intel və AMD Zen 2 prosessorlu kompüterlərin Windows 11 ilə gətirməyi planlaşdırdığı təhlükəsizlik, etibarlılıq və uyğunluq standartlarına cavab verəcəyini söyləyir. Bundan əlavə, 7-ci nəsil Intel və AMD Zen 1 prosessorları olan sistemlərdə əməliyyat sistemini sınaqdan keçirənlərə bu ailələrdəki bəzi modellərin standartlara cavab verib vermədiyini yoxlamaq üçün daha ətraflı nəzərdən keçirməyi planlaşdırır.

PC Uyğunluq Yoxlaması tətbiqinin təqdimatı da müvəqqəti dayandırıldı. Proqram, müəyyən bir kompüterin Windows 11-i işlədib yoxsa işlədəməyəcəyi mövzusu ilə bağlı ortaya çıxan bir çox qarışıqlığın mərkəzində olmuşdur. Bu reallığı qəbul edən Microsoft, tətbiqin gözlədikləri detal və dəqiqlik səviyyəsini paylaşmağa hazır olmadığını söylədi.

Google servislərində xəta

Kiber Təhlükəsizlik Platformasının İnformasiya Mərkəzinin məlumat araşdırma sənədinə əsasən bugün saat 09:00 radələrindən başlayaraq ölkə ərazisində və dünyada Google Android platformasının servislərində xətalar meydana gelmişdir. Komandamız tərəfindən araşdırmalarımız nəticəsində baş verən xətanın tətbiq sənədindəki problemlər, telefon proqramında yarana biləcək, tətbiq daxilindəki proqram problemləri və güncəlləmələrlə bağlı olduğu qənaətinə gəldik. “Google Dayandırıldı Xətası”, Samsung, Xiaomi kimi Android telefonlarda meydana çıxmışdır. Servislərdə xətaların mənbəyinin Android system webview yenilənməsi ilə əlaqədar yaranmış problemlər olduğu ortaya çıxdı. Xidmət əsasən avtomatik olaraq yeniləndiyindən yeniləmə problemi olduqda telefonunuzda ani bir vəziyyətə səbəb olacaq. Həlli isə Google Play-ə daxil olaraq Android system “Webview”-u müvəqqəti silmək və yeni versiyasının bu problemi həll etməsini gözləməkdir. Lakin Android sistem “Webview” bir çox google xidmətləri ilə əlaqəli olduğundan bu komponentin silinməsi və ya ləğvi bəzi tətbiqlərin normal işləməsinə maneə olacaq. Hal-hazırda Google Şirkəti və ya İstifadəçi Firmalar tərəfindən rəsmi məlumat yoxudur.

Araşdırma Məlumatarına istinadən yaranmış problem üçün bəzi həll yollarını ictimaətlə paylaşırıq.

1. Parametrlər > tətbiqlər > tətbiqləri idarə et bölməsindən Google tətbiqinin məlumatlarını sil seçimini istifadə edin.

2. Google Play Store > Google > uninstall – bu zaman tətbiq deyil, güncəlləmələr silinəcək, proses bitdikdən sonra yenidən güncəlləməyin, sadəcə tətbiqi açın.

3. Ayarlar > tətbiqlər və bildirimlər<bütün tətbiqləri göstər

4. Google hesabını yenidən əlavə edin.
Parametrləri açın tətbiqlər > < bütün tətbiqlər (tapa bilməsəz sağ üstdə üç nöqtədən Sistemi göstər seçin) Google xidmətlərini tapın<tətbiqi dayandırın tətbiqlər və bildirimlər<bütün tətbiqləri göstər < Google Play Store seçin və sağ üstdə üç nöqtəli hissədən digər güncəlləməli qaldır< Play Store tətbiqini zavod versiyasına qaytarmaq istəyib istəmədiyiniz soruşularsa, bəli seçimini seçin.

KTLab İnformasiya Araşdırma Qrupunun Rəhbəri, İnformasiya Analitiki Nərgiz Həsənova

Kiber Təhlükəsizlik Platforması Bakı Gənclər Mərkəzində

Kiber Təhlükəsizlik Platformasının ictimai sosial fəaliyyət proqramları sürətlə davam edir. Laboratoriyamızın komandası bu dəfə Bakı Gənclər Mərkəzinin gəncləri ilə görüşdü. Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə kibertəhlükəsizliyin inkişafı və kiber təhdidlərlə mübarizə metodlarından ətraflı danışıldı. Tədbirdə Bakı Gənclər Mərkəzinin Direktoru Nərgiz xanım Babayeva , təlimçi qismində Kiber Təhlükəsizlik Platformasının Qurucu Müdiri, Kibertəhlükəsizlik mütəxəssisi Şahin Aliyev və mərkəzin könüllüləri iştirak etdi.

2 saat davam edən proqramdan sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, karyera planları istiqamətində məsləhətlər verilmişdir. Kiber Təhlükəsizlik Platforması olaraq bundan sonra da bu şəkildə proqramlarımızın davam edəcəyini bildirmək istəyirik.