Diqqət: Vacib Məlumat

Diqqət!
Əziz izləyicilərimiz, Türkiyədə baş verən ağır təbii fəlakət ölkəmizə, vətəndaşlarımıza ağır təsir göstərmişdir. Ölkə olaraq qardaş Türkiyəyə həm maddi həmdə mənəvi dəstək olmağa davam edirik. Lakin bu cür acı vəziyyətləri özlərinə imkana çevirən saxtakarlıqlar da baş verməkdədir. Kiber Təhlükəsizlik Platforması Araşdırma Mərkəzi olaraq həm ölkə vətəndaşlarımızın bu cür saxtakarlığın qurbanı olmaması, həm də Türkiyədə həqiqətən yardıma ehtiyac duyan şəxslərə dəstək olmaq adına Bilgi Teknolojileri ve İletişim Kurumu – BTK – ICT Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin USOM – Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzinin verdiyi məlumata əsasən vətəndaşlarımızı diqqətli olmağa çağırırıq. İanə edərək dəstək olmaq istəyən şəxslər yanlız Türkiyənin rəsmi qurumlarının verdiyi ianə hesablarına və ya ölkəmizin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “SƏNİNLƏYƏM TÜRKİYƏM!” Türkiyə xalqına dəstək adı altında başlatdığı rəsmi mənbələrə ianə edin. Bir daha Kiber Təhlükəsizlik Platforması olaraq fəlakət zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Yanındayıq Türkiyə!