Təlimçimiz Hüseyn Qadaşov NASA-da zəiflik aşkar etdi

Cyber Security Platform Kibertəhlükəsizlik Akademiyasının məzunu, hal-hazırda kiçik təlimçi olaraq gənclərimizin yetişməsinə dəstək verən “Red Team” komanda üzvümüz, Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Huseyn Gadashov 90 gün öncə NASA – National Aeronautics and Space Administration-nın veb infrastrukturu daxilində boşluq taparaq quruma rəsmi məktubla məlumat vermiş və qurum tərəfindən tapılan boşluq öz təsdiqini tapmışdır.

Tapılan boşluqda saytın error mesajindan sonra həssas məlumatlar əks olunurdu. Həmin məlumatlarda SQL bazası, kritik server məlumatları və drayver haqqında məlumatlar əks olunmuşdu. Bu boşluq daxilində yerləşən məlumatlar gələcəkdə bəd niyyətli istifadəçilər tərəfindən istifadə edilərək infrastrukturlar və serverlərə qarşı kiber hücumlar törədə bilərdilər.

Zəiflik (vulnerability) haqqında 90 gün əvvəl Nasaya detallı məlumatlar verilmiş,hal -hazırda da bu məsələ istiqamətində qurumla təmaslarımız davam etməkdədir. Xatırlatmaq istəyirik ki, Nasa önəmli kritik infrastruktur olduğu üçün ona aid tapılan zəifliyin hər hansı detallı məlumatlarını sizlərlə paylaşa bilmirik.

Nəzərinizə çatdırmaq istəyirik ki, bu boşluq artıq Nasa tərəfindən bağlanmışdır. Gənclərimizin gələcəyi üçün onların qanun daxili bütün fəaliyyətlərini Kiber Təhlükəsizlik Platforması olaraq dəstəkləməkdən qürur duyuruq. 

Platformamıza komanda yoldaşı axtarırıq.

Ölkənin ən genişmiqyaslı fəaliyyət istiqamətlərinə sahib kibertəhlükəsizlik sahəsində Azərbaycanın öndə gələn Kiber Təhlükəsizlik Platformasına aşağıda qeyd olunan sahələr üzrə komanda yoldaşı axtarışındayıq. Sizdə özünü bu sahədə inkişaf etdirmək və ya təcrübələrini artırmaq istəyirsinizsə elə indi [email protected] elektron poçt adresinə cv-nizi göndərə bilərsiniz.

Vakansiyalar: EHP – Ethical Hacking Professional kurs proqramı təlimçisi (PRO) 1-yer sözləşməli, Ofis Meneceri – 2 yer təcrübəçi sözləşməli, Akademiya Koordinatoru – 2 yer təcrübəçi sözləşməli, Beynəlxalq Əlaqələr Koordinatoru – 1 yer təcrübəçi sözləşməli

Komandamıza Xoş Gəldin Sənan Səfərəliyev!

2023-cü il üçün nəzərdə tutulan Cyber Security Platform Kibertəhlükəsizlik Akademiyasının tədris fəaliyyətlərinə start verdik. Bu dəfə təmamilə fərqli formatda, yeni metodlar və geniş tədris planı ilə qarşınızdayıq!

Əziz və dəyərli izləyicilərimiz, uzun zamandır üzərində işlədiyimiz və sizlərin də maraq dairəniz olan kibertəhlükəsizliyin ən önəmli fəaliyyət qollarından olan Defensive Security (Blue Team) tədrisinə başladıq.

Tədris boyunca ümumi olaraq “Insident Hunting”, “Incident Response”, “Digital Forensics”, “Threat Hunting” mövzuları ətrafında real laboratoriya şəraitində PROSOL şirkətinin kibertəhlükəsizlik mütəxəssisi və Cyber Security Platformnın təlimçi mütəxəssisi Sanan Safaraliyev tərəfindən tədris olunacaq.

Nəzərinizə çatdırırıq ki, dərslərimiz laboratoriya şəraitində sırf praktika yönümlü və Open source toollar üzərində keçiriləcək. Blue Team tədris metodlarımız tətbiqi dərslər zamanı Red Team tələbələrimizlə birgə ortaq fəaliyyətlər əsasında aparılacaq.

Dərslər Platformamızın əsas mərkəzi Gənclər və İdman Nazirliyi Bakı Gənclər Mərkəzində təşkil oluncaq.

Komandamıza Xoş Gəldin Sanan Safaraliyev!

Allsafe Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti mərkəzimizi ziyarət edilər. 

Allsafe Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti GULSAH BAKIRLI və komanda heyəti mərkəzimizi ziyarət edilər. Gənclərimizlə görüşən heyət mərkəzin imkanları ilə yaxından tanış oldular. Görüş əsnasında Cyber Security Platform və Allsafe Kiber Təhlükəsizlik firması arasında mümkün əməkdaşlıq məsələləri gündəmə gətirildi. Kiber Təhlükəsizlik Platforması olaraq hörmətli GULSAH BAKIRLI ve komanda heyətinə ziyarətinə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Gais Siber Güvenlik Türkiyə komandası Platformamızda!

Ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış Gais Kiber Təhlükəsizlik firmasının nümayəndə heyəti Kiber Təhlükəsizlik Platformasının Bakı Gənclər Mərkəzində yerləşən əsas mərkəzimizi ziyarət etdilər. Ziyərət daxilində komanda mərkəzimizdə yaradılmış imkanla yaxından tanış oldular.

Nümayəndə heyətinin rəhbəri Gais Kiber Təhlükəsizlik Firmasının təsisçi müdiri kibertəhlükəsizlik mütəxəssisi Osman Doğan və komandanın kibertəhlükəsizlik mütəxəssisləri Akademiyamızın tələbələrinə kibertəhlükəsizliyin günümüzdə önəmi haqqında, bu sahədə gələcək karyeralarının inkişafı istiqamətində bir çox önəmli məlumatlar və məsləhətlər verdilər, həmçinin real dərs vaxtında praktiki bir çox mövzuda təlim proqramı reallaşdırdılar. Dəvətimizə göstərdikləri marağa görə başda Osman Doğan və bütün Gais Cyber Security komandasına dərin təşəkkürlərimizi bildiririk. Gənclərin inkişafı istiqamətində bu cür silsilə təlim proqramlarımız davam edəcək.

Yeni il təbrikimiz. Xoş gəldin 2023!

2022-dən bizlərə qalan ən yaxşı xatirə sizlərsiniz! Bizləri bir birimizə bağlayan dəyər var.

Bu yolda fəaliyyətimiz və inkişafımız naminə həmrəylik göstərib bizlərə verdiyiniz maddi və mənəvi dəstəyə görə sizlərə minətdarıq. Əziz Kiber Təhlükəsizlik Platformasının izləyiciləri ,dəyərli tərəfdaşlarımız və bizləri var edən gənclərimiz, Platformamızın ailəsi adından hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, gələcək fəaliyyətlərinizdə sizlərə uğurlar arzu edirik. Bayramınız mübarək olsun!See translation

Platformamız 2022-ci il üçün yekun fəaliyyət statistikasını paylaşdı.

Əziz və izləyicilərimiz, Platformamızın 2022-ci ilin yekun hesabat məlumatlarını sizinlə paylaşırıq. İl ərzində gənclərin kibertəhlükəsizlik sahəsində inkişafına dəstək olmaq üçün Platformamızın peşəkar mütəxəssisləri, təlimçiləri və tərəfdaşları ilə birgə ümumilikdə 4 müxtəlif tədbir, 6 layihə, 10-dan çox təlim həyata keçirilmişdir. Ümumilikdə Platformamız 2022-ci il üçün 3 əsas, 2 köməkçi fəaliyyət strukturu və 3 böyük mərkəzi ilə Akademiya daxilində 60-a yaxın seçilmiş tələbə qəbulu reallaşdırmış və ümumilikdə 48 məzun vermişdir. Məzunlarımızın karyera və inkişafına dəstək proqramı çərçivəsində 15-dan çox yüksək nəticə toplamış məzunlarımız tərəfdaşlarımız və dəstəkçilərimiz tərəfindən aparılan tələbə staj proqramına daxil edilmiş və onların içində 8 ən uğurlu tələbəmiz kiçik mütəxəssis olaraq işə qəbul olmuşdur. Kibertəhlükəsizlik Laboratoriyası olaraq, bu sahədə fəaliyyət göstərən gənclərin inkişafına dəstək olmaq məqsədi ilə müxtəlif təlim proqramları təşkil olunmuş və real keyslər üzərində qapalı hücum-müdafiə laboratoriya fəaliyyətləri aparılmışdır. Bu fəaliyyətlər əsasən, universitetlər və xüsusi təhsil mərkəzləri ilə birgə, Bakı Dövlət Universiteti SABAH qrupları, Azərbaycan Dövlət N. Sənaye Universiteti, Azerbaijan State University of Economics • UNECMilli Aviasiya AkademiyasıMinistry of Science and Education Republic of Azerbaijan Abşeron-Xızı təhsil idarəsi, Gənclər və İdman Nazirliyi Baku Youth Center və digər müəssələrdə reallaşdırılmışdır. Platformamız ölkəmizdə ilk dəfə keçirilən TEKNOFEST Azərbaycan layihəsində 5 kibertəhlükəsizlik komanda üzvü ilə ölkənin yeganə kibertəhlükəsizlik quruluşu olaraq iştirak etmiş, 2022-ci il oktaybr ayında ölkənin en genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramı HackBaku 2022-nin əsas təşkilatçısı olaraq tarixində ən böyük layihəyə imza atmışdır. Bununla yanaşı Turkish Cyber Security Cluster, Siber Vatan komanda üzvləri, Gais Cyber SecurityKarmasis AzerbaycanPicus SecurityBugbounter Türkiye ilə birgə müxtəlif növ təlimlər təşkil edilmişdir. Köməkçi fəaliyyət strukturlarımızdan olan Creative Developers Club tərəfindən reallaşdırılan 4 təlim proqramı ilə 30-a yaxın şəhid, qazi ailəsinə təlimlər verilmişdir. Akademiyanın infrastrukturunun genişləndirilməsi və təlimçi potensialının artırılması məqsədi ilə 2 yeni təlim proqramı ,3 yeni təlimçi ilə Platforma təhsil bazasını artırmış, bu sahədə fəaliyyət göstərən 6-ya yaxın yeni korporativ əməkdaşlığa imza atmışdır. Platformamız beynəlxalq təcrübələri ölkəmizdə inkişaf etdirmək məqsədi ilə Albanian Cyber AssociationFINDBUG.IO ilə əməkdaşlıq yaratmış CompTIA Hesablama Texnologiyaları Sənayesi Assosiasiyası və Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının EC-Council tərəfindən rəsmi beynəlxalq akademiya partnyoru seçilmişdir.

Platformamızın rəhbəri Şahin Alıyev AİKTSA “Kiber Təhlükəsizlik Komitəsi”nin rəhbəri seçildi.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasında (AİKTSA) “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılması ilə bağlı iclası keçirilib, İclasda cari vəziyyət və ölkədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov bildirib ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı bir sıra mühüm işlər görülür. Ölkəmizdə informasiya təhlükəsizliyi problemləri və onların həllinə böyük həssaslıqla yanaşıldığını deyən S.Rəsulov mövcud kibertəhlükələrlə uğurla mübarizə aparmaq üçün dövlət qurumları ilə özəl biznes arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib. Bu istiqamətdə “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılmasını müsbət addım kimi dəyərləndirib.

Daha sonra çıxış edən AİKTSA sədri Elvin Abbasov bildirib ki, son illər informasiya sistemlərində şəbəkələrə edilən kiber hücumlar, məlumatların oğurlanması, müxtəlif kiber müdaxilələrin baş verməsi daha da intensiv hal almışdır. Bununla yanaşı internet və sosial media istifadəçilərinin artması kibertəhlükəsizlik mövzusunu daha aktual etmişdir. “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılması ölkəmizdə kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq.

İclasda iştrak edən Dövlət və özəl sektorunun nümayəndələri, (Elektron Təhlükəsizlik Xidməti – Cyber Security Service (CERT), AZINTELECOM, Aselsan-Baku, Ultra Technologies, ALLSAFE, ITECH Group, SmartIT, Karmasis Azərbaycan, Kiber Təhlükəsizlik Platforması, MaxTexno, EKVITA) rəhbər şəxsləri həmçinin  kiber təhlükəsizlik eksperti Araz Mirzəyev və bu sahə ilə məşğul olan mütəxəssislərin iştirakı fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda “Kiber Təhlükəsizlik” Komitəsinə rəhbər seçimi elan edilib. Üç namizəd arasında keçirilən səsvermədə ən çox səs toplayan Kiber Təhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev komitənin rəhbəri seçilmişdir. İclasın sonunda qarşıdakı qarşıya qoyulan məqsədlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Udemy kibertəhlükəsizlik təlimçisi Zaur Qasımov Platformamızda

Gün keçdikcə Platformamızda daxili fəaliyyət strukturlarımızın inkişafı, kadr sayının artırılması istiqamətində komanda sayımızı artırırıq. Offensive Security (Red Team) təlim komandamıza kibertəhlükəsizlik sahəsində uzun zamandır təlimçi kimi fəaliyyət göstərən “Millisec Platform” Onlayn Kiber Təhlükəsizlik Təhsil Platformasının təsisçisi və “Udemy” Onlayn Kurs Platformasının kibertəhlükəsizlik təlimçisi Zaur Qasimov qatıldı.

Xatırlatmaq istəyirik ki, Zaur Qasımov Kibertəhlükəsizlik Akademiyası daxilində “Ethical Hacking Fundamentals” kurs proqramını tədris edəcək. Kiber Təhlükəsizlik Platforması olaraq gənclərimizin inkişafı istiqamətində Zaur Qasımova gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

IEC/ISO 27001 mütəxəssisi Xədicə Tağızadə Platformamızda

İnformasiya Təhlükəsizliyi GRC IEC/ISO 27001 sahəsində mütəxəssis, “Azərbaycan Dövlət Neft Şirkəti”nin (SOCAR) İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi Xədicə Tağızadə komandamıza qatıldı.

Xədicə Tağızadə

Xədicə Tağızadə təhsilini 2010-2014-cü il tarixlərində Azərbaycan Neft və Sənaye Universitetinin “Kompüter elmləri” fakültəsindən məzun olub. İlk magistr təhsilini 2014-2016-cı illərdə Azərbaycan Texniki Universitetində almış “Kompüter mühəndisliyi” ixtisasından məzun olmuşdur. 2017 – 2018-ci illərdə təhsilini Böyük Britaniyanın “The University of Sheffield” magistr pilləsində davam etdirmişdir. 2019-cu ildə ilk peşəkar karyerasını “Azərbaycan Dövlət Neft Şirkətinin” informasiya təhlükəsizliyi şöbəsində başlamış və hal hazırda da orada davam etdirməkdədir.

Davam etdiyi karyerası ilə birgə Xədicə Tağızadə Azərbaycan Dövlət İqtisadiyyat Universiteti MBA “Biznes idarəçiliyi” magistr proqramı daxilində “İnformasiya təhlükəsizliyi və risklərin idarə edilməsi” dərslərini tədris etmişdir. Xədicə Tağızadə dünyaca məşhur Sertifikatlaşdırma və Təlim mərkəzi “PECB”-nin ISO 27001 beynəlxalq standartı üzrə təlimçi və icraçı sertifikatlarını əldə etmişdir.

IEC/ISO 27001 mütəxəssisi Xədicə Tağızadə Platformamızda

Xatırlatmaq istəyirik ki, Xədicə Tağızadə Kibertəhlükəsizlik Akademiyası daxilində “İnformasiya Təhlükəsizliyi” GRC IEC/ISO 27001 kurs proqramını tədris edəcək. Kiber Təhlükəsizlik Platforması olaraq gənclərimizin inkişafı istiqamətində Xədicə Tağızadəyə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!