Dünyada kiber hücum fəaliyyəti artdı

Accenture-dən yeni bir hesabata görə, 2021-ci ilin ilk yarısında kiber hücum fəaliyyətinin həcmi keçən ilə nisbətən dünyada 125% artmışdır.
Accenture, hesabatın kiber hücumlardan xilas olan müştərilərlə gördüyü işlərə əsaslandığını söylədi. İcazəsiz girişlərin artmasını web shell aktivliyi, ransomware hadisələri və supply chain hücumları ilə əlaqələndirdilər.
ABŞ (36%) adətən ən çox hədəflənən ölkələr siyahısında olduğu kimi liderlik etsə də, İngiltərə (24%) və Avstraliya (11%) heç də geri qalmadı.
Accenture-in müştəriləri arasında ən çox hücumla istehlak malları və xidmət şirkətləri üzləşdi, bunu istehsal sənayesi, bankçılıq, qonaqlama sektorundakı şirkətlər izlədi.
Hesabatda əsas hədəflərinin nə olduğu da açıqlanıb. Hesabatda, bütün fidyə proqramı qurbanlarının 54%-nin illik gəliri 1 ilə 9,9 milyard dollar arasında olan şirkətlər olduğu təsbit edildi.
Tədqiqatçılar, həmçinin 2021-ci ilin ilk yarısında kibercinayətkarlar tərəfindən istifadə edilən backdoor, dropper və şəxsiyyət məlumatlarını oğurlayanların sayının artdığını gördülər.