Kiber Təhlükəsizlik Platforması “ADNSU”da

Əziz izləyicilərimiz, beləliklə geniş miqyaslı növbəti kibertəhlükəsizlik tədbirimiz uğurla yekunlaşmışdır. Dəvət üçün başda “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti”nin rektorluğuna, İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbərliyinə və bütün qatılan tələbələrə dərin təşəkkürümüzü bildiririk. Kiber Təhlükəsizlik Platforması olaraq bir daha xatırlatmaq istəyirik ki, fəaliyyətlərimizin prioritet istiqamətlərindən biri olan inkişaf yönümlü tədbirlər ölkəmizin gəncləri üçün hər zaman tam sürətlə davam edəcək.