Kiber Təhlükəsizlik Platforması “Teknofest Azərbaycan”da

“Kiber Təhlükəsizlik Platforması” olaraq ölkəmizin bu sahədəki inkişafına töhvə verməyə davam edirik. Yerli texnologiyaların və milli kibertəhlükəsizlik infrasturkturunun tanınmasına, onun inkişafına dəstək vermək məqsədi ilə ən böyük texnologiya və havacılıq festivalı olan “Teknofest Azərbaycan”da komandamızla birlikdə iştirak imkanı əldə etdik. Bu zamana qədərki verilən mübarizə üçün başda gənclərimiz olmaqla, bütün komanda heyətinə və tərəfdaşlarımıza təşəkkür edirik.
“Teknofest”də Görüşənədək!