17.01.2023 tarixində Kiber Təhlükəsizlik Platforması-nın rəhbər heyəti Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını ziyarət etdi. Görüş çərçivəsində bu sahənin ölkəmizdə inkişafı istiqamətində aparılacaq fəaliyyətlərin birgə inkişafı və gələcək layihələrin təşkili istiqamətində bir çox məsələlər müzakirə edildi. Dəvət təklifinə görə AKTA-nın idarə heyətinin rəhbərliyinə Platformamız adından təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.