Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş olan və daxilində 4 əsas 2 köməkçi strukturu birləşdirən beynəlxalq akkreditasiyalı kibertəhlükəsizlik platformasıdır.

Kiber Təhlükəsizlik Platformasi olaraq daxilində 4 əsas  Kibertəhlükəsizlik Akademiyasi, Kibertəhlükəsizlik Laboratoriyası, Kibertəhlükəsizlik Araşdırma Mərkəzi və Kibertəhlükəsizlik Sertifikat İnkişaf Mərkəzi 1 köməkçi struktur Creative Develepe Club olaraq fəaliyyətini davam etdirir. 

Kibertəhülkəsizlik Akademiyası Kiber Təhlükəsizlik platforması daxildə təsis olunmuş fəaliyyət strukturu olaraq gənclərimizin ixtiyarındadır. Akademiyamız günün müəyyən edilmiş vaxtları çərçivəsində sahənin akademik təlim və tədris fəaliyyətlərinin aparılması,gənclərimizin kibertəhlükəsizlik biliklərini artırmaq məqsədilə bir çox fəaliyyəti təşkil edir.Akademiyamızda “Cybersecurity Fundametals”, “Ethical Hacking Fundametals”, “Ethical Hacking Professional”, “Blue Team Fundamentals”, “Digital Forensics Insident Response”, “Network Security” təlimləri tədris olunmaqdadır. Akademiyamızda tədris olunan təhsil metodları tam qanunvericiliyə uyğun olaraq tənzim olunmaqdadır. Akademiyamızda təlim prosesi ilə məşğul olan təlimçilər bu sahədə çalışan xüsusi bilgilərə sahib şəxslərdən ibarət olub, ölkənin müxtəlif qurumlarında kibertəhlükəsizlik fəaliyyət göstərən peşakar mütəxəssislərdir.

Kiber Təhlükəsizlik Platforması hal-hazırda 1 əsas və 2 filialdan ibarət mərkəzlərdə fəaliyyət göstərir. Əsas mərkəz Gənclər və İdman Nazirliyinə bağlı Bakı Gənlər Mərkəzinin tərkibində , bir filialımız Binəqədi rayonu ərazisində , digəri isə Sumqayıt şəhərində yerləşir.