Əziz və izləyicilərimiz, Platformamızın 2022-ci ilin yekun hesabat məlumatlarını sizinlə paylaşırıq.
İl ərzində gənclərin kibertəhlükəsizlik sahəsində inkişafına dəstək olmaq üçün Platformamızın peşəkar mütəxəssisləri, təlimçiləri və tərəfdaşları ilə birgə ümumilikdə 4 müxtəlif tədbir, 6 layihə, 10-dan çox təlim həyata keçirilmişdir. Ümumilikdə Platformamız 2022-ci il üçün 3 əsas, 2 köməkçi fəaliyyət strukturu və 3 böyük mərkəzi ilə Akademiya daxilində 60-a yaxın seçilmiş tələbə qəbulu reallaşdırmış və ümumilikdə 48 məzun vermişdir. Məzunlarımızın karyera və inkişafına dəstək proqramı çərçivəsində 15-dan çox yüksək nəticə toplamış məzunlarımız tərəfdaşlarımız və dəstəkçilərimiz tərəfindən aparılan tələbə staj proqramına daxil edilmiş və onların içində 9 ən uğurlu tələbəmiz kiçik mütəxəssis olaraq işə qəbul olmuşdur.
Kibertəhlükəsizlik Laboratoriyası olaraq, bu sahədə fəaliyyət göstərən gənclərin inkişafına dəstək olmaq məqsədi ilə müxtəlif təlim proqramları təşkil olunmuş və real keyslər üzərində qapalı hücum-müdafiə laboratoriya fəaliyyətləri aparılmışdır. Bu fəaliyyətlər əsasən, universitetlər və xüsusi təhsil mərkəzləri ilə birgə, Bakı Dövlət Universiteti Sabah Qrupları, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Elm və Təhsil Nazirliyi Sumqayıt 1 saylı Gənclər Mərkəzi, Gənclər və İdman Nazirliyi Bakı Gənclər Mərkəzi və digər müəssələrdə reallaşdırılmışdır.
Kiber Təhlükəsizlik Platforması ölkəmizdə ilk dəfə keçirilən Teknofest Azərbaycan layihəsində 5 kibertəhlükəsizlik mütəxəssis komanda üzvü ilə ölkənin yeganə kibertəhlükəsizlik təşkilatı olaraq iştirak etmişdir. 2022-ci il oktaybr ayında ölkənin ən genişmiqyaslı kibertəhlükəsizlik yarış proqramı HackBaku 2022-nin əsas təşkilatçısı olaraq tarixində ən böyük layihəyə imza atmışdır. Bununla yanaşı Türkiye Siber Güvenlik Kümelenmesi, Siber Vatan, Picus, Bug Bounter Türkiye ilə birgə müxtəlif növ təlimlər təşkil edilmişdir. Köməkçi fəaliyyət strukturlarımızdan olan Creative Developer Club tərəfindən reallaşdırılan 4 təlim proqramı ilə 30-a yaxın şəhid, qazi ailəsinə təlimlər verilmişdir.
Akademiyanın infrastrukturunun genişləndirilməsi və təlimçi potensialının artırılması məqsədi ilə 2 yeni təlim proqramı ,3 yeni təlimçi ilə Platforma təhsil bazasını artırmış, bu sahədə fəaliyyət göstərən 6-ya yaxın yeni korporativ əməkdaşlığa imza atmışdır. Platformamız beynəlxalq təcrübələri inkişaf etdirmək məqsədi ilə apardığı portnyorluq və tərəfdaşlıq fəaliyyəti çərçivəsində Albaniya Kibertəhlükəsizlik Assosiasiyası, FindBug ilə əməkdaşlıq yaratmış CompTİA Hesablama Texnologiyaları Sənayesi Assosiasiyası ,Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants – EC-Council) rəsmi olaraq beynəlxalq təsdiq edilmiş akademiya partnyoru seçilmişdir. Platformamız 2022-ci ilin sonlarına doğru ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək məqsədilə yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvlüyünə qəbul edilmiş, və (TAEİX, ICT CEO MeetUp, Palo Alto Networks Bakı Kibertəhlükəsizlik Formu, GHWS) bir çox önəmli yerli və beynəlxalq tədbirlərin əsas iştirakçısı olmuşdur.