Kiber Təhlükəsizlik Platformasına direktor müavini təyin edilib

Kiber Təhlükəsizlik Platformasının işə alım prosesinin nəticələrinə uyğun qəbul edilmiş qərara əsasən, Cavadova Sürəyya Elxan qızı Kiber Təhlükəsizlik Platformasının İcraçı Direktor müavini vəzifəsinə təyin edilmişdir.

Cavadova Sürəyya 2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmiş və 2023-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat (SABAH) ixtisasının magistratura pilləsinə daxil olmuşdur. Sürəyya Cavadova həmin illər ərzində bir çox önəmli şirkətlərdə çalışmışdır. 2023-cü ilin oktyabr ayında AzInTelecom MMC-də İnformasiya Texnologiyaları Departamentində kiçik mütəxəssis vəzifəsində ilk fəaliyyətini başlamışdır. Bununla yanaşı, akademik fəaliyyətlərini zənginləşdirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayından Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsində çalışmışdır.  Sürəyya Cavadova informasiya təhlükəsizliyi sahəsində müxtəlif fəaliyyətlər icra etmiş, eləcədə bir çox vacib tədbirlərdə iştirak etmişdir. Sahə üzrə bir çox tanınmış beynəlxalq sertifikatlara sahibdir.

Cavadova Sürəyya, Kiber Təhlükəsizlik Platformasında İcraçı Direktor müavini vəzifəsində çalışaraq, platformanın strateji inkişafına, informasiya təhlükəsizliyinin gücləndirilməsinə və idarəetmə proseslərinin optimallaşdırılmasına rəhbərlik edəcək. Kiber Təhlükəsizlik Platforması komandası olaraq, Cavadova Sürəyya Elxan qızını yeni vəzifəsi münasibətilə təbrik edir və ona uğurlar arzulayırıq.

Digər xəbər və bloqlar

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
[email protected]

2

Texniki Dəstək:
[email protected]

3

Akademiya:
[email protected]

Suallarınızı Bizə Yazaraq Bildirin