Hörmətli Kiber Təhlükəsizlik Platformasının dəyərli üzvləri, əziz Akademiyamızın tələbələri sizləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il 2022-ci il münasibətilə səmimi qəlbdən təbrik edirik. Rəhbərliyimiz adından sizlərə və ailələrinizə uzun ömür, can sağlığı, xoşbəxtlik, ruzi bərəkət arzulayır, növbəti ildə yeni-yeni uğurlar və nailiyyətlər diləyirik. Rəhbərliyimiz daxilində qarşıdan gələn 2022 ci il daxilində layihələrimizin icrasına sürətlə davam edərək və sizlərə ən yükəsək xidmət verməyi qarşımıza ilkin hədəf qoymuşuq. Təbriklər əziz Kiber Təhlükəsizlik Platforma ailəsi!
Kiber Təhlükəsizlik Platforması İcracı və Təhsisçi Direktoru Şahin Aliyev
Əziz Kiber Təhlükəsizlik plarforma ailəsinin dəyərli gəncləri sizləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Platforma ətrafında sıx bağlanaraq, ölkəmizin kibertəhlükəsizlik ekosisteminə dəstək verdiyiniz üçün sizlərə dərin təşəkkürümü bildiriəm. Yeni layihələr və proqramalarla sizlərə əlimizdən gələn dəstəyi əsirgəməyəcəyimizə söz veririk.