IEC/ISO 27001 mütəxəssisi Xədicə Tağızadə Platformamızda

İnformasiya Təhlükəsizliyi GRC IEC/ISO 27001 sahəsində mütəxəssis, “Azərbaycan Dövlət Neft Şirkəti”nin (SOCAR) İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi Xədicə Tağızadə komandamıza qatıldı.

Xədicə Tağızadə

Xədicə Tağızadə təhsilini 2010-2014-cü il tarixlərində Azərbaycan Neft və Sənaye Universitetinin “Kompüter elmləri” fakültəsindən məzun olub. İlk magistr təhsilini 2014-2016-cı illərdə Azərbaycan Texniki Universitetində almış “Kompüter mühəndisliyi” ixtisasından məzun olmuşdur. 2017 – 2018-ci illərdə təhsilini Böyük Britaniyanın “The University of Sheffield” magistr pilləsində davam etdirmişdir. 2019-cu ildə ilk peşəkar karyerasını “Azərbaycan Dövlət Neft Şirkətinin” informasiya təhlükəsizliyi şöbəsində başlamış və hal hazırda da orada davam etdirməkdədir.

Davam etdiyi karyerası ilə birgə Xədicə Tağızadə Azərbaycan Dövlət İqtisadiyyat Universiteti MBA “Biznes idarəçiliyi” magistr proqramı daxilində “İnformasiya təhlükəsizliyi və risklərin idarə edilməsi” dərslərini tədris etmişdir. Xədicə Tağızadə dünyaca məşhur Sertifikatlaşdırma və Təlim mərkəzi “PECB”-nin ISO 27001 beynəlxalq standartı üzrə təlimçi və icraçı sertifikatlarını əldə etmişdir.

IEC/ISO 27001 mütəxəssisi Xədicə Tağızadə Platformamızda

Xatırlatmaq istəyirik ki, Xədicə Tağızadə Kibertəhlükəsizlik Akademiyası daxilində “İnformasiya Təhlükəsizliyi” GRC IEC/ISO 27001 kurs proqramını tədris edəcək. Kiber Təhlükəsizlik Platforması olaraq gənclərimizin inkişafı istiqamətində Xədicə Tağızadəyə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!