“Kiber Kafe 2022” layihəmiz uğurla başa çatmışdır

Əziz izləyicilərimiz, beləliklə Kiber Təhlükəsizlik Platformasının Kiber Kafe layihəsinin 2022-ci il üçün nəzərdə tutulmuş genişmiqyaslı tədbiri yekunlaşmışdır. Bizlərin dəvətinə göstərdikləri səmimiyyət və isti münasibətdən dolayı “Prosol” kibertəhlükəsizlik şirkətinin komandası və rəhbər heyətinə, “Yer Cloud” şirkətinin rəhbəri Rəşad Əliyevə və Platformamızın kibertəhlükəsizlik təlimçiləri Məmməd Rəhimzadə, Əhməd Hacılıya, və bizləri 6 gün boyunca tək buraxmayan Türkiyə və Azərbaycanın kibertəhülkəsizlik mütəxəsisləri Fikrət Quliyev, Rumeysa Bozdağ, Lale Çorumlu, Mehmet Onder Key, Taylan Esen, Levent Kılıç, Burak Avcıya Kiber Təhlükəsilzik Platforması komandası adından dərin təşəkkürümüzü bildiririk. 2023-cü il “Kiber Kafe”də görüşmək ümidi ilə.