
“Kiber Təhlükəsizlik Platforması” olaraq ölkəmizin gənclərinə dəstək olmağa davam edirik. Bu gün “Memarlıq və İnşaat Universiteti”ndə tələbələrimizlə görüşdük. Görüşdə “Kiber Təhlükəsizlik Platforması”nın “Təhlükəsizlik komandası”nın üzvləri:Turqut Aslanov, Elgün Abdullayev, Əli Əmirxanlı, Elşən Paşayev tələbələrin bu sahədə müxtəlif suallarını cavablandırdılar. Ölkəmizin inkişafı və onun gələcəyi naminə maarifləndirmə tədbirlərimiz tam sürətlə davam edəcəkdir.