Kiber Təhlükəsizlik Platforması Sumqayıt mərkəzi

Əziz və dəyərli izləyicilərimiz , səbirsizliklə gözlədiyiniz Kiber Təhlükəsizlik Platforması Sumqayıt Kibertəhlükəsizlik Mərkəzi artıq bu gündən etibarən gənclərimizin ixtiyarındadır. Mərkəz daxilində eyniləşmiş iş tədris metodları, sinxron dəyişim proqramları, beynəlxalq tədris resurslarının inteqrasiyası, qlobal sertifikatlaşdırma və xüsusi praktiki kibertəhlükəsizlik laboratoriya tətbiq fəaliyyətləri aparılacaq. Nəzərinizə çatdırmaq istəyirik ki, Akademiya tədris proqramı “Offensive Security” (Red Team) kurslarımız “Ethical Hacking Fundamentals” “Ethical Hacking Professionals” və “Cybersecurity Fundamentals” olmaqla 3 professional kurs proqramından təşkil olunmaqdadır.

Xüsusi olaraq çox önəmli bir məqamıda sizlərin nəzərinizə çatdırmaq istəyirik. Kiber Təhlükəsizlik Platformasının bu Kibertəhlükəsizlik Mərkəzi Elm və Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərən Sumqayıt şəhər 1 saylı Gənclər Mərkəzinin daxilindədir.