Almaniyanın Sənaye və Ticarət Palataları böyük kiberhücuma məruz qalıb

Hücum təşkilatı ehtiyat tədbiri olaraq İT sistemlərini bağlamağa məcbur etdi.

“Mümkün kiberhücum səbəbiylə Almaniya Sənaye və Ticarət Palataları (DIHK) təhlükəsizlik səbəbi ilə ehtiyat tədbiri olaraq İT sistemini bağlayıb. Hazırda həll və müdafiə üzərində intensiv işləyirik. Sınaqdan sonra İT sistemləri ardıcıl olaraq işə salınır ki, şirkətlər üçün xidmətlər yenidən əlçatan olsun”, – deyə ötən həftə bildirib.

DIHK bildirib ki, onların sistemlərinin təhlükəsizliyi tam bərpa olunan kimi məlumat verəcək.

Nəşr zamanı təşkilat tərəfindən heç bir yeniləmə olmamışdır.

“Hansı proqramların işlək olduğunu bu internet saytında və digər kanallarda sizə xəbər verəcəyik. Sistemlərimizin təhlükəsizliyi tam bərpa olunan kimi, əlbəttə ki, siz də məlumatlandırılacaqsınız”, – DIHK ötən cümə axşamı bildirib.

DIHK-nın baş icraçı direktoru Maykl Berqmann kiberhücumun kütləvi olduğunu bildirib.

“Təəssüf ki, dünən İT təhlükəsizliyi ilə bağlı ciddi insident baş verdi. DIHK təşkilatı böyük kiber hücuma məruz qalıb. Təhlükəsizlik tədbiri olaraq bütün internet bağlantıları dərhal bağlandı”, o, LinkedIn-də bildirib.

“Nəticədə IHK Mittleres Ruhrgebiet-in internet saytına daxil olmaq mümkün deyil, telefon və e-poçt vasitəsilə əlaqə kanalları bağlanıb. Müvafiq olaraq, rəqəmsal xidmətlər hazırda mövcud deyil”.

Tədbirlərin nə qədər müddətə lazım olacağını deyə bilmədi.