“Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” seminarı təşkil olundu

Kiber Təhlükəsizlik Platforması olaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Avropa Komissiyasının Avropa Komissiyasının TAIEX alətinin dəstəyilə həyata keçirilən “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı seminarda iştirak etdik. Platformamızın rəhbər heyətinin də iştirak ediyi seminarın açılış nitqində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov iştirakçıları salamlamış, ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və bu tədbirin əhəmiyyətini vurğulamışdır.

Avropa Komissiyasının TAIEX alətinin dəstəyilə həyata keçirilən bu tədbirin əsas məqsədi təcrübə mübadiləsi yolu ilə Azərbaycan Respublikasında İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik, o cümlədən İKT sahəsində ekosistemin, eləcə də qanunvericilik bazasının gücləndirilməsinə töhfənin verilməsidir.

Seminar çərçivəsində Avropa Komissiyasının müvafiq ekspertləri tərəfindən “Kibertəhlükəsizlik və dayanıqlıq: kritik infrastruktur təhlükəsizliyinin gücləndirilməsi”, “Kibertəhlükəsizlik sahəsində idarəetmə”, “Kibertəhlükəsizlik sahəsində qanunvericiliyinə dair təcrübə mübadiləsi”, “Kiber potensialın gücləndirilməsi” və sair mövzular üzrə məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.