Əli Qəniyev ilk peşəkar fəaliyyətinə 2021-ci ildə başlamış və xüsusilə Nüfuzetmə Testi üzrə peşəkarlaşmışdır. O, yerli və beynəlxalq bir çox şirkətdə fəaliyyət göstərmiş və hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında nüfuzetmə testi mütəxəssisi olaraq çalışır.
Əli Qəniyev Kiber Təhlükəsizlik Platformasının təsis edilməsi və fəaliyyət infrastrukturunun yaradılması istiqamətində komanda üzvü olmuşdur. Platforma daxilində müxtəlif layihələrdə iştirak etmiş, “Kiber Kafe” şəxsi inkişaf proqramının spikeri və HackBaku 2022 kibertəhlükəsizlik yarışmasının münsiflər heyətinin üzvü olmuşdur. Əli Qəniyev Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Mərkəzinin “Red Team” komandasının rəhbəridir. Bununla yanaşı, gənclərin inkişafında yaxından iştirak edir.
Akademik fəaliyyətinə elə Platformada başlayan Əli Qəniyev hazırda Kibertəhlükəsizlik Akademiyasında “Ethical Hacking” kurs proqramının təlimçisi və proqram rəhbəridir.
Sertifikatları: CEH v12 Master | eWPTX v2 | eCPPT v2 | CASP | eJPT