Təsisçi və İcraçı Direktor

Şahin Alıyev

Şahin Alıyev ölkəmizdə sahənin inkişafı, kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi, milli məhsul inkişafı və kibertəhlükəsizlik layihələrinin hazırlanması istiqamətində bu missiyaları üzərinə götürmüş Kiber Təhlükəsizlik Platformasına rəhbərlik etməkdədir.

Şahin Alıyev, 1995-ci il oktyabr ayında Oğuz rayonunun Calud kəndində anadan olmuşdur. Şahin Alıyev, orta məktəb təhsilini Bakı şəhərində tamamlamış və təhsilini Türkiyə Respublikasında davam etdirmişdir. O, təhsil aldığı müddət boyunca bu sahədə keçirilən müxtəlif irimiqyaslı layihələrdə iştirak etmişdir.

O. ilk əmək fəaliyyətinə 2015-2016-cı ilər çərçivəsində Baku 2015 1-ci Avropa Oyunlarında könüllü və BCC / Formula 1 (Bakı Şəhər Halqası) komanda lideri olaraq başlamış, 2017-2019-cu illər arasında Apple Türkiyə başda olmaqla Logo Yazılım BerqNet, Uzmanlar Federasyonu, DHMİ Sabiha Gökçen Havalimanı, Erse Bilgisayar kimi aparıcı təşkilat və şirkətlərində informasiya texnologiyaları və idarəetmə üzrə davam etdirmişdir.

2018-2019-cu illər çərçivəsində Türkiyədə ilk dəfə olaraq sahibkarlıq fəaliyyətinə başlamış və İstanbul şəhərində informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Meder Bilişim’i təsis etmişdir. 2019-cu ildə ölkəyə qayıdan Şahin Alıyev, peşəkar kibertəhlükəsizlik mərkəzi Azərbaycan Kibertəhlükəsizlik Platformasını təsis etmişdir. Sahin Aliyev HackBaku 2022, Kiber Kafe kimi böyük kibertəhlükəsizlik layihələrinin rəhbəri və təsisçisi olmuşdur. Bununla yanaşı, Platforma nəzdində yaradılan ilk Akademiya olan “Kibertəhlükəsizlik Akademiyası”-nı təhsis etmiş, bu zamana qədər sahə üzrə çox gəncin yetişməsinə dəstək olmuş və onların şəxsi inkişafı istiqamətində bir çox sosial layihələrin təşkilində yaxından iştirak etmişdir.

Ölkəmizdə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə milli məhsulların yaradılmasının istiqamətində ilk dəfə hazırlanan KTLAB layihəsinin həmtəsisçisidir. Şahin Alıyev, 4 illik İT Xidmətlərinin İdarə Edilməsi və 3 illik İnformasiya Təhlükəsizliyi üzrə peşəkar təcrübəyə malik komanda rəhbəridir. Hal-hazırda Azərbaycan Kibertəhlükəsizlik Platforması-nın icraçı direktor vəzifəsini icra edir.

Sertifikatları: Cisco CCNA, Certified Ethical Hacker (CEH v9), Apple Certified iOS Technician, IBM Cybersecurity Analyst Assessment, cPanel Professional Certification, IBM Security Operations Center (SOC), Palo Alto Networks Cybersecurity Foundation, Network Defense Essentials (NDE), Ethical Hacking  Essentials (EHE), Cybersecurity for Businesses – The Fundamental Edition, Aligning Asset and Risk Management (ISC2).

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
[email protected]

2

Texniki Dəstək:
[email protected]

3

Akademiya:
[email protected]

Suallarınızı Bizə Yazaraq Bildirin