Laboratoriyamızın rəhbəri Şahin Aliyevin Publika.az saytına müsahibəsi

Kiber Təhlükəsizlik Platformasının layihə meneceri, kibertəhlükəsizlik məsləhətçisi Şahin Alıyevin sözlərinə görə, Hindistan və Pakistanın kiber ordusu olduqca inkişaf edib.

Azərbaycanda bu sahənin yeni-yeni inkişaf etməyə başladığını deyən ekspert Publika.az-a müsahibəsində mühüm mesajlar verib.

Kiber mütəxəssislər zərərli hakerlərlə daim mübarizə aparırlar.

Düzgün internet istifadəçisi olduqda gələcək təhdidlərə qarşı həm müdafiə metodlarını aktiv şəkildə istifadə edə bilirik, həm də hücumdan zərər görsək belə, bərpası mümkün olur.

Bu gün kiber hücumlardan güclü müdafiə metodu yaradılırsa, sabah daha aktiv hücum metodu ərsəyə gətirilir.

Hakerlər iki yerə bölünür: ağ və qara şapkalılar.

Azərbaycan ən başda Ermənistanın kiber hücumlarına məruz qalır.

Ən böyük müharibə indi gedir, dövlətlərin bir-birinə qarşı kiber hücumları elektron məlumat müharibəsidir. Kimin məlumatı çoxdursa, kiber strategiyası yüksəkdirsə, onlar daha güclü dövlətlərdir.

Müharibə dövründə sosial şəbəkələrə girişin məhdudlaşdırılması siyasi müstəvidə doğru addım idi və bunun hüquqi çərçivəsi var.

Zərərsiz hakerlər Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən güclü kiber ordusudur.

Bütün hakerlər birləşib ölkəmizə qarşı ola biləcək təhdidlərlə mübarizə aparmalıdır.

Aytən Məftun

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev