Platformamız AKTA-ilə birgə sahənin inkişafına güc qatacaq

Platformamız 01.07.2022-ci il tarixli yazılı müraciəti əsasında AKTA üzvlüyünə qəbul edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası 22 fevral 2022-ci il tarixində təsis edilən informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platformasıdır.

İclas zamanı AKTA-nın İdarə heyətinin sədri vəzifəsini icra edən Elvin Balacanov AKTA tərəfindən hazıradək icra olunmuş tədbirlərə dair hesabat, o cümlədən icra olunan cari işlərə dair məlumatları təqdim edildi. İclas iştirakçıları tərəfindən AKTA-nın əvvəlki dövr üzrə fəaliyyəti, o cümlədən cari fəaliyyəti müsbət qiymətləndirilmiş və AKTA-nın gələcək fəaliyyəti üzrə təkliflər səsləndirilmişdir.

Səsləndirilən əlavə təkliflər arasında Platformamız adına rəhbərimiz Şahin Alıyev tərəfindən gənclərin kibertəhlükəsizlik sahəsində inkişafına xüsusi qayğı və regionlarımızda bu səhinin inkişafına yön verilməsi məsələlərini gündəmə gətirmişdir.

Ümumi Yığıncağın iclasında Assosiasiyanın üzvü qismində təmsil olunan “Cyberpoint”, “AzeRobot”, “Simbrella”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies”, “PNetworks”, eləcə də, Azərbaycan Texniki Universiteti, “AzInTelecom MMC”, “Digital Umbrella”, “Code MMC”, “Karmasis”, “Nova Digital Solutions”, “Defscope”, Azərbaycan Kiber Təhlükəsizlik Platforması, “Rabalon”, “Gpolicy”, “Palo Alto Networks”, “B&B Security Alliance” kimi yerli və xarici subyektlərin rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.