Platformamız COP29 çərçivəsində xanımlara özəl təlim təşkil etdi

Kibertəhlükəsizlik Platforması, COP29 Azerbaijan tədbiri çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq edərək xanımlara yönəlmiş qapalı təlim proqramı həyata keçirdi. Təlim proqramı çərçivəsində iştirakçılara informasiya təhlükəsizliyinin əsasları, risqlərin idarə olunmasıkibergigiyena mövzularında əhatəli məlumatlar təqdim olundu.

Təlimdə Kibertəhlükəsizlik Platformasının təcrübəli komanda üzvləri iştirak edərək, öz bilik və təcrübələrini paylaşdılar:

  • Xədicə Tağızadə – SOCAR-ın informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssisi,
  • Alyona Hacverdiyeva – Kapital Bank-ın informasiya təhlükəsizliyi üzrə təcrübəçisi,
  • Aysən Məmmədli – IT Brains Academy-nin kibertəhlükəsizlik üzrə mentoru və Baku Higher Oil School tələbəsi.

Proqram zamanı iştirakçılara kibertəhlükəsizlik sahəsində aktuallığı ilə seçilən mövzular təqdim olunmuş, praktik tövsiyələr paylaşılmış və sahəyə dair müxtəlif müzakirələr aparılmışdır. Tədbir iştirakçıları tərəfindən böyük maraq və müsbət rəy qazanan təlim proqramı həm bilik mübadiləsi, həm də real tətbiq imkanları baxımından yüksək qiymətləndirilmişdir.

Kibertəhlükəsizlik Platforması olaraq, bu əhəmiyyətli proqramın həyata keçirilməsinə verdiyi dəstəyə görə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə dərin təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, Platforma bu kimi təşəbbüslər vasitəsilə cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək, ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə və inkişaf işlərinə töhfə verməkdə davam edir.

Digər xəbər və bloqlar

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
[email protected]

2

Texniki Dəstək:
[email protected]

3

Akademiya:
[email protected]

Suallarınızı Bizə Yazaraq Bildirin