Platformamız kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi akademiya partnyoru seçilib

Kiber Təhlükəsizlik Platforması Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants – EC-Council) rəsmi olaraq Akademiya Partnyoru seçilib.

“EC-Council” kibertəhlükəsizlik üzrə dünyanın ən böyük texniki sertifikatlaşdırma orqanıdır. Eyni zamanda, elektron ticarət və informasiya təhlükəsizliyi bacarıqlarına sahib olan şəxslərə dəstək verən peşəkar təşkilatdır. Qlobal miqyasda 145 ölkədə fəaliyyət göstərir və dünyaca məşhur Sertifikatlı Etik Haker, Sertifikatlı Təhlükəsizlik Təhlilçisi, Lisenziyaya Nəzarət Testi proqramlarına malikdir. Şura nüfuzlu təşkilatların kiber təhlükəsizlik təfəkkürünə təsir göstərən 200.000-dən çox informasiya təhlükəsizliyi üzrə mütəxəssis hazırlayıb.

Eyni zamanda, sözügedən qurum elektron ticarət və informasiya təhlükəsizliyi sahəsində bacarıqlara sahib olan mütəxəssisləri ətrafında cəmləyib.

Peşəkar sertifikatlaşdırma orqanı kimi tanınan “EC-Council”un mərkəzi ofisi Nyu-Meksiko şəhərində yerləşir.