Dəyərli izləyicilərimiz, əməkdaşlıq çərçivəmizin sahəsini böyütmə çalışmalarımız davam edir. Növbəti beynəlxalq anlaşmamız Türkiyə Respublikasının məşhur kibertəhlükəsizlik firması Gais ilə əldə olundu. Anlaşma çərçivəsində iki qurum arasında kiber akademiya fəaliyyətləri, sosial ictimai proyektlər, kibertəhlükəsizlik həll dəstək xidmətləri, müxtəlif sertifikat və korporativ təlimlər yer alacaqdır.
