Anonymous haker qrupu Rusiya Mərkəzi Bankına sızıb. İndi gizli razılaşmaları ehtiva edən 35.000-dən çox fayl iki gün ərzində ictimaiyyətə açıqlanacaq.
Müvafiq məlumat Anonymous komandası tərəfindən Twitter-də yerləşdirilib.
“Anonymous komandası Rusiya Mərkəzi Bankına sızıb. 48 saat ərzində gizli razılaşmaları olan 35 mindən çox fayl dərc olunacaq”, – hakerlərin bəyanatında deyilir.