Sabah Qruplarına kibertəhlükəsizlik təlimi

Kiber Təhlükəsizlik Platforması, Bakı Gənclər Mərkəzi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Platformamızın təlimçi və kibertəhlükəsizlik mütəxəssislərindən ibarət komandanın iştirakı mərkəzimizdə müxtəlif qapalı laboratoriya şəraitində Bakı Dövlət Univerisitetinin Kompüter elmləri fakültəsi Sabah Qruplarının tələbələri üçün 2 günlük professional təlim layihəsi baş tutacaq. Bu layihə çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin təməlləri, hücum-müdafiə bacarıqlarının təkminləşdirilməsi və bu sahədə praktiki bacarıqlarını inkişaf etdirilməsi üçün bir çox xüsusi qapalı laboratoriyalar təşkil olunacaq.