Ölkə gənclərinin kibertəhlükəsizlik sahəsində inkişafına dəstək olmaq, xüsusən, bu sahənin ən təməllərindən onlara tədris etmək Kiber Təhlükəsizlik Platformasının əsas məqsəd və məramlarından olmuşdur. Bu məqsədləri həyata keçirən Akademiyamız və onun ən öndə gələn təlimçiləri hər zaman gənclərimizin qazandıqları uğurlarda böyük pay sahibi olmuşlar.

MƏMMƏD RƏHİMZADƏ - Kibertəhlükəsizlik Akademiyası
MƏMMƏD RƏHİMZADƏ – Kibertəhlükəsizlik Akademiyasının Baş Təlimçisi

Bəzən bu uğurlarda pay sahibi olanların özlərinin də uğur qazanmaları bizlərə şübhə deyildir. Komandamız bu gün bu uğurlara bir yenisini də əlavə etdi. Bu uğurun əsas pay sahibi, ölkə gənclərinin inkişafına daima dəstək olan Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının Baş Təlimçisi Məmməd Rəhimzadədir.

Dünyaca məşhur Almaniya avtomobil şirkəti “Mercedes-Benz”-in dünyanın dört bir yanından iştirakçıların qatıldığı “Zəifliklərin Aşkar Olunması Proqramı” (VULNERABILITY DISCLOSURE PROGRAM) çərçivəsində aparılan proqramda WEB SAYT sistemləri daxilində (Subdomain Takeover) hücum boşluğu aşkar edərək şirkət tərəfindən rəsmi təsdiq almışdır.

Bununla yanaşı Məmməd Rəhimzadə 2022-ci il üzrə “Mersedes-Benz”-in VULNERABILITYl DISCLOSURE PROGRAM daxilində yerləşdirdiyi Beynəlxalq (HALL OF FAME) Şərəf Lövhəsində ilk Azərbaycanlı (Ethical Hacker) olaraq qeyd olunmuş və ölkəmiz adına çox önəmli uğur qazanmışdır. Məmməd Rəhimzadə bu ilin əvvəllərində də dünyanın önəmli şirkətlərindən olan “Keepface” , “Youtube”, “Metaflueance”, “Urban Company”, “Yemeksepeti” və digər bənzər platformalarda bu cür zəifliklər aşkar etmişdir.

Qeyd etmək istəyirik ki, Məmməd Rəhimzadə 2021-ci ildən bu yana Kiber Təhlükəsizlik Platformasının 3 Kibertəhlükəsizlik Akademiya Təlim Mərkəzinin “Baş Təlimçi Mütəxəssis” vəzifəsini icra etməkdə, bununla yanaşı Elektron Hökumətin İnkişafı Mərkəzində Kibertəhlükəsizlik Mütəxəssisi olaraq fəaliyyət göstərir. Kiber Təhlükəsizlik Platforması ailəsi adından komandamızın dəyərli təlimçisi Məmməd Rəhimzadəyə gənclərimiz və ölkəmiz üçün göstərdiyi fəaliyyətlərinə görə minnətdarlıq bildirir, gələcək karyerasında uğurlar arzu edirik.

Xüsusi məlumatlandırıcı qeyd: Subdomain Takeover Hücum Boşluğu domainlərə məxsus (Subdomain) altdomainlərin icazəsiz və ya icazələri istifadə edərək ələ keçirilməsi hücum növüdür. Bu hücum zamanı bədniyyətli şəxslər hədəf subdomainlerdə xüsusi qeyri icazə imkanları əldə edərək əsas domainlər üzərində kuki məlumatlarına nəzarət edə, domainlərə bağlı saytlararası skriptləri işlədə (Cross-Site Scripting) və ya bəzi təhlükəsizlik siyasətlərindən yan keçməklə qorunan giriş məlumatları daxil ələ keçirə bilərlərlər.

VULNERABILITY DISCLOSURE PROGRAM MERCEDES-BENZ (AZERBAİJAN)
VULNERABILITY DISCLOSURE PROGRAM – HALL OF FAME