Xidmətlərimiz

Xidmətlərimiz

Peşəkar təcrübə və zəngin imkanlıarımızla öz təhlükəsizliyinizi bizə əmanət edin.

Platformamızın xidmət mərkəzi təhsil, məlumat təhlükəsizliyi, proqramlaşdırma, bulud texnologiyaları, IT idarəetməsi və kibertəhlükəsizlik sahələrində xidmətlər təklif edən bir şirkətdir. Bizim əsas məqsədimiz, insan resurslarının artırılması və işlərinizi effektiv və təhlükəsizlik hala gətirməkdir. Bizim sizə təklif etdiyimiz xidmətlər gələcək üçün prioritetdir.

Peşəkar IT və Kibertəhlükəsizlik xidmətlərimizlə tanış olun

Gələcək üçün yaradıcı, inkişaf etmiş həllər təklif etmək üçün ən yaxşı standartlara malik olan xidmətlərimizi və dəstəyi təmin edirik. Müştərilərimizin nailiyyətinə və inkişafına dəstək olmaq üçün təcrübəli komandamızla birlikdə çalışır, onların özəl ehtiyaclarına cavab veririk.

Bizim xidmət mərkəzimiz İT sahəsindəki məsələləri həll etmək üçün bütün təcrübə və bacarığa malikdir. Aşağıdakı xidmətlərimiz barədə ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın

Fərdi və Korporativ Kibertəhlükəsizlik Təlimləri

Platformamızın əsas xidmətlərindən biri fərdi və korporativ təlimlərin təşkil olunmasıdır. Bu xidmətlərimiz peşəkar səviyyədə beynəlxalq standartlara əsaslanan tədris metodları ilə təşkil olunur. Təlim paketlərimizi və digər məlumatları Akademiyanın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Sertifikat və Karyera Dəstək

Peşəkar karyera hədəflərinin qurulması sahəsində fəaliyyət göstərən şəxslərə öz bilik və bacarıqlarını təkmilləşdirməyə, sertifikatlarını tamamlamağa və təcrübə imkanlarını dəyərləndirməyə kömək edən bir çox xidmətləri təklif edirik.

Kibertəhlükəsizlik Konsultasiya Xidmətləri

Şirkət və qurumların yaranabiləcək kibertəhlükəsizlik risklərinin azaldılması və rəqəmsal varlıqlarını qorumaq üçün təhlükəsizlik tədbirləri almaq və uyğun strategiyalarının hazırlanması kimi xidmətləri özündə cəmləyir.

Kibertəhlükəsizlik və IT Dəstək Xidmətləri

Kibertəhlükəsizlik Platforması olaraq, biz qurumlara xüsusi kibertəhlükəsizlik həlləri və informasiya təhlükəsizliyi üzrə təlimlər təklif edirik. Bununla yanaşı, müəssisəniz üçün yaranmış müxtəlif IT problemlərinin və ehtiyaclarının həllində peşəkar mütəxəssislərimizin iştirakı ilə operativ dəstəyin verilməsi xidmətlərini də təklif edirik.

Praktiki Nüfuzetmə Test Laboratoriyaları

PNTL, kompüter şəbəkələrində təhlükəsizlik zəifliklərini müəyyən etmək və bağlamaq üçün real dünya ssenarilərini təqlid edən sınaq laboratoriyalarıdır. Bu laboratoriyalar, informasiya texnologiyaları və kompüter təhlükəsizliyi sahəsində mütəxəssislərə, öz şəbəkələrinə hücumları təqdim etməyə və bu hücumların qarşısını almaq üçün müdafiə strategiyaları hazırlamaq imkanı verir. Sizlərə verdiyimiz PBTL xidməti ilə qurum və müəssənizin ehtiyacına uyğun kadrınızın bilik və bacarığını yoxlaya bilər və ya istəyinizə uyğun olaraq insan resurslarından istifadə ediləcək uyğun ssenarilərin test laboratoriyasının qurulmasını bizdən istəyə bilərsiniz.

Kibertəhlükəsizlik Məhsul və Həllərin Hazırlanması

Platformamızın əsas və ən önəmli fəaliyyətlərindən biri ölkəmizdə milli həllərin inkişafıdır. Mütəxəssislərimizlə birlikdə sahənin bazarda ehtiyacına uyğun müxtəlif həllərin hazırlanması üçün aktiv fəaliyyətlər göstəririk. Bu istiqamətdə gənclərin ideya və təkliflərinin reallaşdırılması bizim ən əsas prioritetimizdir. Sizlərin də istək və ehtiyaclarınıza uyğun həllərin hazırlanması xidmətlərini təklif edirik.

Server və Bulud xidmətləri

Müasir texnologiya dünyasında etibarlı və yüksək performanslı IT həllərinə olan ehtiyacın fərqindəyik. İnformasiya texnologiyaları, müəssisələrin effektivliyini və rəqabət qabiliyyətini artırmaq üçün əvəzsiz rol oynayır. Biz, müəssisənizin və fərdi ehtiyaclarınızın qarşılanması üçün geniş çeşidli server və bulud xidmətləri təklif edirik. Məqsədimiz, sizə ən yaxşı texnoloji həlləri təqdim edərək işinizin inkişafına və rəqabət üstünlüyü qazanmanıza dəstək olmaqdır.

Proqram təminatlarının yaradılması

Müasir dünyada texnologiya və rəqəmsal həllər, müəssisələrin fəaliyyətini və rəqabət qabiliyyətini artırmaq üçün əhəmiyyətli rol oynayır. Bu sahədə sürətli yeniliklər və inkişaflar, iş proseslərini optimallaşdırmaq, müştəri məmnuniyyətini artırmaq və yeni bazarlara çıxış əldə etmək üçün geniş imkanlar yaradır. Biz, müəssisənizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli və effektiv proqram təminatları yaratmaq üçün geniş çeşidli xidmətlər təklif edirik. Məqsədimiz, texnologiyanın imkanlarından tam istifadə edərək, işinizin inkişafına dəstək olmaqdır.

İnfrastruktur və Təhlükəsizlik Sistemlərinin Qurulması

Təhlükəsizlik sistemlərinin qurulması, bir müəssisənin məlumatlarını, informasiya texnologiyalarını və şəbəkə infrastrukturunu müxtəlif təhlükələrdən qorumaq üçün icra olunan proseslərin bütünüdür. Bu proses, məlumatların inteqrasiya edilməsi, monitorinqi, təhlükəsizliyin qiymətləndirilməsi və qorunması üçün təhlükəsizlik tədbirlərinin tətbiqi ilə əlaqəlidir.

Niyə bizim xidmətlərimizi seçməlisiniz?

Bizim xidmətlərimizə keçməklə, siz ən yüksək keyfiyyəti və ən təhlükəsiz həlləri əldə edəcəksiniz. Bununla birlikdə, peşəkar komandamızın təşkilində əhəmiyyətli rol oynayan heyətimiz sizə seçimlərinizdə dəstək olacaq. Biz, sizin işinizin uğuruna etibar edirik və birgə çalışmaqdan məmnunluq hiss edirik.

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
career@kiberplatforma.az

2

Texniki Dəstək:
support@kiberplatforma.az

3

Akademiya:
academy@kiberplatforma.az

Suallarınızı Bizə Yazaraq Bildirin