Platformamız KOBİA-nın Startup Rezidenti Oldu

Daha Ətraflı

Bildiyiniz kimi kibertəhlükəsizlik fəaliyyətləri ölkəmizdə və dünyada gün keçdikcə artmaqda və İnkişaf etməkdədir. İstər müharibə dövründən əvvəl istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanın kibertəhlükəsizlik indeksləri qlobal ölçüdə yüksəlməsi bunun əyani sübutudur. Bu istiqamətdə dövlətin yenilikçi müxtəlif siyasəti və qanunvericilik yeniləmələri ölkəmizdə sahənin gələcəyinin yüksək olacağına  töhvələr verməkdədir. İnkişaf yoluna ən önəmlisi xaricdən asılılığı azaldılması yerli və milli  məhsulların inkişafı vacib amildir. Bu gün bu məsələ dövlətimizin kibertəhlükəsizlik sahəsində apardığı inkişafda ən prioritet məsələlərdən biridir. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi dair 2023-2027-ci illər üçün strategiyasında da qeyd olunduğu kimi milli həllərin inkişaf etdirilməsi xüsusi qeyd edilmişdir. Kiber Təhlükəsizlik Platforması milli həllərin inkişafı və Startup ideallarının reallaşdırılması istiqamətində Araşdırma və İnkişaf Mərkəzini təsis etmiş və burada bir çox startup fəaliyyətləri aparılmaqdadır. Kiber Təhlükəsizlik Platforması Bakı Kob Evində startup üçün yaradılmış imkanlardan və milli həllərin hazırlanması istiqamətində bir çox imkanlardan yararlanacaqdır.

Kiber Təhlükəsizlik Platformasının araşdırma mərkəzi KOBİA-Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Bakı KOB evində sturtap inkişaf mərkəzi nəznində fəaliyyət göstərəcək. Mərkəzdə KTLab Startup layihəsi başda olmaqla 2 startupın inkişafı həyata keçirəcək.  KOBİA  startaplara verdiyi  rezident dəstəyi və istər xarici istər sə də yerli bazarda startup ideallarının  dəstəklənməsi,müxtəlif qrant müsabiqələrinin və həmçinin də xarici bazara idxalının artırılması istiqamətində bir çox fəaliyyətlər aparmaqdadır.

KOBİA-nın bu strategiyasına uyğun olaraqda gündəmdə olan ən önəmli sahələrdən biri kibertəhlükəsizliyə biganə qalmamağı bu gün ölkəmizdə bir daha bizlərə yüksək gələcəyi göstərməkdədir.

29 fevral 2024 cü il tarixində KOBİA tərəfindən “Startap layihələrinin maliyyələşdirilməsinə dəstək: startap-investor əməkdaşlığı” mövzusunda tədbir təşkil olunacaqdır. Kiber Təhlükəsizlik Platformasına aid olan startapların və Araşdırma və İnkişaf Mərkəzində gənclər tərəfindən inkişaf etdirilmiş ideyaların həmin tədbirdə təqdim olunması, yerli və beynəlxalq investorlarla görüşlərdə həmin layihələr gerçəkləşdiriləcəkdir.

case studies

See More Case Studies

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən, hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyənləşdirməkdən və sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
[email protected]

2

Texniki Dəstək:
[email protected]

3

Akademiya:
[email protected]

Suallarınızı Bizə Yazaraq Bildirin