Our Team

Our Team

Komanda heyətimiz sahə üzrə tanınan müxtəlif beynəlxalq sertifikatlara və dərəcələrə malikdir. Komandamız sizlərə durmadan xidmət etməyə çalışır

One of the many ways we aim to continue providing the best possible service to our country is through our ongoing investment in the education and growth of our people. We hire only the most highly qualified professionals and continually train and update them on the latest technologies to help you succeed and grow your business.

Board of Directors

İcraçı Direktor olaraq Şahin Alıyev ölkəmizdə sahənin inkişafı, kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi, milli məhsul inkişafı və kibertəhlükəsizlik layihələrinin hazırlanması istiqamətində bu missiyaları üzərinə götürmüş Kiber Təhlükəsizlik Platformasına rəhbərlik etməkdədir. Şahin Alıyev Azərbaycan və Türkiyənin aparıcı təşkilat və şirkətlərində IT və İnformasiya Təhlükəsizliyi üzrə fəaliyyət göstərmiş, 4 illik İT Xidmətlərinin İdarə Edilməsi və 3 illik İnformasiya Təhlükəsizliyi üzrə peşəkar təcrübəyə malik komanda rəhbəridir.

 

Cavadova Sürəyya 2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmiş və 2023-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat (SABAH) ixtisasının magistratura pilləsinə daxil olmuşdur. Sürəyya Cavadova həmin illər ərzində bir çox önəmli şirkətlərdə çalışmışdır. Sürəyya Cavadova informasiya təhlükəsizliyi sahəsində müxtəlif fəaliyyətlər icra etmiş, eləcədə bir çox vacib tədbirlərdə iştirak etmişdir. Sahə üzrə bir çox tanınmış beynəlxalq sertifikatlara sahibdir. 

Ramil Baxşıyev ölkə səviyyəsində tanınmış təlimçi statusuna malik peşəkar kibertəhlükəsizlik arxitekturudur. O, ölkəmizdə bir çox böyük şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik layihəsinin icrasında yaxından iştirak etmişdir. 17 illik peşəkar təcrübəsi ilə Ramil Baxşıyev Kibertəhlükəsizlik Akademiyasında Şəbəkə və Şəbəkə Təhlükəsizliyi kurs proqramını tədris etməkdədir. Müxtəlif beynəlxalq sertifikatlara sahib olan Ramil Baxşıyev Kibertəhlükəsizlik Akademiyasının proqram rəhbəri olaraq daxili tədris strukturunun hazırlanması və icrasında iştirak edir. O, hal-hazırda Akademiyamızda Baş Təlimçi vəzifəsini icra etməkdədir.

Nəzrin Əliyeva Azərbaycan Dillər Universitetində təhsil almaqdadır və karyerasına Kiber Təhlükəsizlik Platformasında başlamışdır. O, 2024-cü ildə Kiber Təhlükəsizlik Platforması nəzdində təşkil olunan təcrübə proqramlarının iştirakçısıdır. Hal-hazırda o, Təcrübəçi olaraq Kiber Təhlükəsizlik Platformasında Korporativ Əlaqələr Üzrə Menecer vəzifəsində təcrübə keçməkdədir. 

Əli Qəniyev Kiber Təhlükəsizlik Platformasının təhsil fəaliyyətində iştirak etmiş, Kibertəhlükəsizlik Akademiyasının yaradılmasında yaxından iştirak etmişdir. O, peşəkar fəaliyyətinə 2021-ci ildə Nüfuzetmə Testi üzrə Kiçik Mütəxəssis olaraq başlamış, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Nüfuzetmə Testi üzrə Mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. Bununla yanaşı, Əli Qəniyev Kibertəhlükəsizlik Akademiyasında Ethical Hacking kurs proqramının əsas təlimçisi və proqram rəhbəridir.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının Ethical Hacking kurs proqramının təlimçisi Elvin Məmmədzadə ilk peşəkar təcrübəsinə 2020-ci ildə başlamışdır. Əsasən veb və mobil təhlükəsizliyi üzrə fəaliyyətlərinə davam edən Elvin Məmmədzadə hal-hazırda ölkənin ən öndə gələn kibertəhlükəsizlik şirkətlərindən biri olan Cyberpoint şirkətində aparıcı nüfuzetmə test mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. 

Kibertəhlükəsizlik Akademiyasının Cybersecurity Introduction kurs proqramının təlimçisi Süleyman Əliyev ilk peşəkar təcrübəsinə 2022-ci ildə başlamışdır. Əsasən veb təhlükəsizliyi üzrə fəaliyyətlərinə davam edən Süleyman Əliyev hal-hazırda Əmanətlərin Sığortalanması Agentiliyində aparıcı kibertəhlükəsizlik mütəxəssisi olaraq fəaliyyət göstərməkdədir. 

Sona Talıbova Alizade is a well-known expert in the field of cybersecurity with nearly 10 years of IT experience. She has worked professionally at leading companies in the country, including organizations such as R.I.S.K. Company and PMD Group. Currently, she serves as a senior specialist in Information Security at Pasha Holding and is also a member of the Experts Committee established under AKTA.

Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının IT Essentials (ITE) kursunun təlimçisi Eldar Şabanov 2021-ci ildə ilk peşəkar təcrübəsinə başlamışdır. O, əsasən  IT texnikası və sistem idarəçiliyi üzrə üzrə fəaliyyət göstərməkdədir. Hazırda Eldar Şabanov ölkənin aparıcı enerji  şirkətlərindən biri olan IMA-Energy şirkətində aparıcı İT Mütəxəssisi kimi fəaliyyət göstərir.

Tarlan Aliyev, an instructor for the SOC-L1 course program at the Cybersecurity Academy, began his first professional experience in 2022. In 2023, he was closely involved in the establishment of the SOC infrastructure at the International Bank of Azerbaijan, where he continued to work for an extended period. Primarily functioning as a SOC Analyst, Tarlan Aliyev currently works as a SOC Analyst at Azer Turk Bank, one of the leading banks in the country.

Shahin Pashazade, an instructor for the Ethical Hacking course at the Cybersecurity Academy of the Cybersecurity Platform, began his first professional experience in 2024. He primarily focuses on infrastructure and web security. Currently, Shahin Pashazade works as a cybersecurity engineer at Delta Telecom, one of the leading internet and telecommunications companies in the country.

Səid Hüseynov Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsidir. O, Coders Azerbaijan tədris mərkəzində Full Stack Programming kurs proqramını bitirmişdir. Səid Hüseynov bir çox freelancer layihələrində iştirak etmiş və hal-hazırda Kiber Təhlükəsizlik Platformasında developer olaraq fəaliyyət göstərir.

Certificates of our Team

Kiber Təhlükəsizlik Platformasının komandası beynəlxalq səviyyədə tanınmış müxtəlif sertifikatlara sahibdir. Bu sertifikatlar mütəxəssislərimizin qabaqcıl biliklərə malik olduğunu və müştərilərimizə dünya standartlarına uyğun xidmətlər təqdim etmə qabiliyyətinə malik olduqlarını təsdiq edir.

Join our team and grow with us

The Cybersecurity Platform is conducting activities aimed at personnel development in our country. In this regard, we are seeking to recruit young and motivated individuals for various positions. To join our large cybersecurity family, check our vacancy page for suitable job openings.

Contact

Contact Us for Your Goals

We are pleased to answer all your questions and assist you in determining which of our services best meet your needs.

Our Other Phone Numbers:
Our Email Addresses:
1

İnsan Resursları:
career@kiberplatforma.az

2

Texniki Dəstək:
support@kiberplatforma.az

3

Akademiya:
academy@kiberplatforma.az

Let us know your questions by writing to us.