Haqqımızda

Kiber Təhlükəsizlik Platforması

Hər kəsin bir hekayəsi var. Buda bizim hekayimiz

Haqqımızda

Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin, maarifləndirmə və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş peşəkar kibertəhlükəsizlik mərkəzidir.

Məqsədimiz

Məqsədimiz ölkəmizin kibertəhlükəsizliyinin, kiber təhdidlərin qarşısının alınması istiqamətində birlikdə mübarizənin təşkili və ölkəmizin rəqəmsal sərhəd bütünlüyünün təmin olunmasıdır. Əsas məqsədimiz gələcəkdə Azərbaycan gəncliyinin peşəkar biliklərin artırılması və gələcəkdə bu sahədə ölkəmizi qlobal arenada layiqincə təmsil olunmasını təşkil etməkdir.

Hədəflərimiz

Kibertəhlükəsizlik Platforması olaraq əsas hədəflərimizdən biri ölkəmizdə kibertəhlükəsizlik ekosistem inkişafı və milli təhlükəsizliyin təmin olunması istiqamətində əsas və rezerv insan resuslarının artırılmasıdır.Bildiyimiz kimi informasiya təhlükəsizliyi xüsusən kibertəhlükəsizlik toplumumuzda yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

 

Mərkəz və İmkanlar

Platforma olaraq hər bir gəncin bu sahədə özünü inkişaf etdirmələri və ölkəmizdə ixtisaslı kadrlarını yetişdirmək üçün çalışırıq. Biz daima birlikdə öyrənmənin əsas imkanlardan biri olduğuna inanırıq və bu istiqamətdə mütəxəssis və güclü fəaliyyət mexanizmi olan şirkətlərlə Platformaya cəlb edərək, gənclərimizin inkişafına imkan tanıyırıq. Bu imkanlar mərkəzlərimizin avadanlıqları, cihazları, xüsusi qapalı laboratoriyaları buna misaldır.

Daha Ətraflı

Müasir texnologiyanın gəldiyi mövcud vəziyyəti nəzərə alsaq, kompyuter, ağıllı telefon, internet və sosial media istifadəsi gündəlik və iş həyatımızın hər anına və sahəsinə yayılaraq aktiv şəkildə istifadə olunur, beləliklə, bu mühitlərin təhlükəsizliyi və onlarda dolaşan məlumatlar böyük əhəmiyyət kəsb edir. Qloballaşan dünyada məlumatlar şirkətlərin davamlılığını təmin etmək və sektorlarda rəqabət üstünlüyü təmin etmək üçün ən güclü vasitəyə çevrilərək qorunması lazım olan ən dəyərli şirkət aktivlərinə çevrilmişdir. Bu istiqamətdə Kiber Təhlükəsizlik Platforması olaraq, şirkətlərin informasiya texnologiyaları infrastrukturlarının, təhlükəsizliyini təmin etmək üçün müxtəlif sektorlardakı dərin təcrübəsindən istifadə edərək, yerli və qlobal informasiya təhlükəsizliyi qaydalarına və standartlarına uyğun olaraq bir çox informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik fəaliyyətləri və xidmətləri təqdim edirik. 

Prioritetlərimiz

Fəaliyyətimizin ən əsası ölkəmizdə kibertəhlükəsizlik mühitinin yaradılmasına dəstək olmaqdır.

İnkişaf və Karyera

Platforma daxilində sahə üzrə peşəkar kadr hazırlığının həyata keçirilməsinə bilavəsitə dsətək olmaq bizlər üçün vacib fəaliyyətdir.

İcma Mühitimiz

İmkanlarımızı paylaşaraq öryrənə, texniki dəstək istiqamətində payalaşa bilmə bacarıqlarını inkişaf etdirilməsi üçün icma mühiti yaratdıq

Əlçatan Dəstək

Kibertəhlükəsizlik və digər xidmətlərimizi əhatə edən sual və texniki problemlərin aradan qaldırılması istiqamətində dəstəyi ən əlçatan edirik. Forum səhifəmizdə bütün sualları ünvanalaya və ya başqalarına dəsətk ola bilərsiniz

Peşəkar Komandamıza Qatıl

Ölkəmizdə gənclər sahəsində böyük icmaya sahib kibertəhlükəsizlik komandamız sürətlə böyüməyə davam edir. Səndə bu ailənin bir parçası olmaq istəyirsənsə elə indi karyera səhifəmizdə aktiv vanasiyalarla tanış ol . Səni aramızda görməkdən məmnun olarıq.

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
[email protected]

2

Texniki Dəstək:
[email protected]

3

Akademiya:
[email protected]

Suallarınızı Bizə Yazaraq Bildirin