Ramil Baxşıyev ölkə səviyyəsində tanınmış təlimçi statusuna malik peşəkar şəbəkə və informasiya təhlükəsizliyi mühəndisidir. O, ölkəmizdə bir çox böyük şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik layihəsinin icrasında yaxından iştirak etmişdir. 17 illik peşəkar təcrübəsi ilə Ramil Baxşıyev Kibertəhlükəsizlik Akademiyasında Şəbəkə və Şəbəkə Təhlükəsizliyi kurs proqramını tədris etməkdədir. Bununla yanaşı, kibertəhlükəsizlik infrastrukturlarının qurulması, layihələrin icrası və kritik infrastrukturların təhlükəsizliyi üzrə peşəkarlaşmış təcrübəyə sahibdir. Müxtəlif beynəlxalq sertifikatlara sahib olan Ramil Baxşıyev, Kibertəhlükəsizlik Akademiyasının proqram rəhbəri olaraq daxili tədris strukturunun hazırlanması və icrasında iştirak edir. Ramil Baxşıyev bir çox beynəlxalq və yerli tədbirlərin spikeri olmuş, Kiber Kafe 2023-layihəsinin spikeri, Cybersecurity Summer School 2023 şəxsi inkişaf proqramının təlimçisi olmuşdur. O, hal-hazırda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Ekspert üzvü, Akademiyamızda Baş Təlimçi və Kibertəhlükəsizlik Platforması Kibertəhlükəsizlik Mərkəzinin Direktoru vəzifəsini icra etməkdədir.
Sertifikatları: | CISA® | CASP+ | CCNP Security & Wireless | 2xPCNSE | ITIL | PCNSE | PCNSA | PSE