Kibertəhlükəsizlik Akademiyası Fəaliyyətini Dayandırır.

Kibertəhlükəsizlik Akademiyasının Fəaliyyətinin Yekunlaşması və Bakı Texnologiya Mərkəzinin (BTM) Təsis Edilməsi Haqqında Qərar

Hörmətli izləyicilər, dəyərli tərəfdaşlar və ictimaiyyət nümayəndələri,

Kiber Təhlükəsizlik Platformasının nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Akademiyası son üç il ərzində ölkəmizdə peşəkar kadrların hazırlanması istiqamətində mühüm nailiyyətlərə imza atmışdır. Bu müddət ərzində Akademiyamız 300-dən çox məzun yetişdirmişdir ki, onların əksəriyyəti hazırda dövlət, özəl və xüsusi sektorlarda kibertəhlükəsizlik mütəxəssisi, kiçik mütəxəssis və təcrübəçi kimi uğurla fəaliyyət göstərirlər. Bu nailiyyətlər ölkəmizin rəqəmsal təhlükəsizlik sahəsində güclənməsinin və yeni peşəkar nəsil yetişdirmək istiqamətində gördüyümüz işlərin əyani sübutudur. Bununla yanaşı Akademiya, bir çox şəxsi inkişaf layihələrimizlə ölkəmizin kibertəhlükəsizlik sahəsinə töhvə vermişdir.

Bu gün biz böyük qürurla bildirmək istəyirik ki, Kibertəhlükəsizlik Platformasının tarixində yeni bir mərhələ başlayır.

Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi KOBİA-nın Startup rezidenti və Şəhadətnaməsini alan Platforma bundan sonra kibertəhlükəsizlik xidmətlərini, maarifləndirmə layihələrini, milli həllərin inkişafını və sosial-ictimai fəaliyyətlərini davam etdirəcəkdir.

Kibertəhlükəsizlik Platformasının İdarə Heyətinin 12.11.2024-cü il tarixində qəbul etdiyi qərara əsasən, Platforma nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Akademiyasının fəaliyyəti yekunlaşdırılır və onun funksiyaları Bakı Texnologiya Mərkəzi (BTM) adı altında yeni və daha geniş miqyasda davam etdiriləcəkdir.

Bakı Texnologiya Mərkəzi ölkəmizin texnologiya və əlavə təhsil sahəsində aparıcı mərkəz kimi fəaliyyət göstərəcək.

Mərkəz kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və innovasiya sahəsində ixtisaslaşmış təlim proqramları ilə gənclərimizin rəqəmsal bilik və bacarıqlarını artırmaq üçün müasir təhsil imkanları təqdim edəcəkdir. Bununla yanaşı startupların inkişafına dəstək vercək.

BTM-in yaradılması Azərbaycan təhsil ekosistemində mühüm bir irəliləyiş olmaqla yanaşı, ölkəmizin texnoloji sahədə beynəlxalq rəqabət qabiliyyətini daha da artıracaqdır. Yeni mərkəz innovativ kadr hazırlığı ilə yanaşı, rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə də əhəmiyyətli töhfə verəcəkdir.

Bu keçid dövründə bizimlə birgə addımlayan və Akademiyamızda təhsil alan bütün tələbələrimizə, məzunlarımıza, təlimçilərimizə və tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildiririk. Sizin hər birinizin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağınıza inanırıq.

Bakı Texnologiya Mərkəzi ilə gələcəkdə daha geniş miqyaslı layihələr və təşəbbüslər həyata keçiriləcəkdir. Bu yeni mərhələdə birlikdə daha böyük hədəflərə çatacağımıza əminik.

Sizin dəstəyiniz və etimadınız bizim üçün hər zaman əsas ilham mənbəyi olmuşdur.

Hörmətlə,
Kiber Təhlükəsizlik Platforması

Bakı şəhəri, 18.11.2024

Digər xəbər və bloqlar

Əlaqə

Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın

Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.

Digər Telefonlarımız:
Elektron Poçt Adreslərimiz
1

İnsan Resursları:
career@kiberplatforma.az

2

Texniki Dəstək:
support@kiberplatforma.az

3

Akademiya:
academy@kiberplatforma.az

Suallarınızı Bizə Yazaraq Bildirin