Digər xəbər və bloqlar
Bakı Texnologiya Mərkəzinin açılış mərasimi həyata keçirildi.
Gənclərin inkişafına və gələcəkdə təhsil sahəsində perspektivli fərdlərin yetişdirilməsinə yönəlmiş (Bakı Texnologiya Mərkəzi I Baku Technology Center (BTM) rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimi Innovation
Kibertəhlükəsizlik Akademiyası Fəaliyyətini Dayandırır.
Kibertəhlükəsizlik Akademiyasının Fəaliyyətinin Yekunlaşması və Bakı Texnologiya Mərkəzinin (BTM) Təsis Edilməsi Haqqında Qərar Hörmətli izləyicilər, dəyərli tərəfdaşlar və ictimaiyyət nümayəndələri, Kiber Təhlükəsizlik Platformasının nəzdində fəaliyyət
Kibertəhlükəsizlik Platforması dövlətin növbəti vacib dəstəyini aldı.
Kibertəhlükəsizlik Platforması Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startup Şəhadətnaməsi”ni əldə etmişdir. Platforma, fəaliyyət göstərdiyi 5 il ərzində dövlət və özəl sektorla
Əlaqə
Hədəfləriniz Üçün Bizimlə Əlaqə Saxlayın
Sizi maraqlandıran bütün suallara cavab verməkdən və hansı xidmətlərimizin ehtiyaclarınıza ən uyğun olduğunu müəyyən etməkdə sizə kömək etməkdən məmnunuq.
Digər Telefonlarımız:
- +994 51 2300902
- +994 51 2300903
- +994 51 2300904
- Rəhbərlik
- Kibertəhlükəsizlik Akademiyası
- Texniki Dəstək
Elektron Poçt Adreslərimiz
1
İnsan Resursları:
career@kiberplatforma.az
2
Texniki Dəstək:
support@kiberplatforma.az
3
Akademiya:
academy@kiberplatforma.az
Azərbaycanın ən böyük kibertəhlükəsizlik icması olan Kibertəhlükəsizlik Platforması mühüm struktur dəyişikliklərinə imza atdı. Bu dəyişiklik çərçivəsində, Platformanın önəmli bölməsi olan Kibertəhlükəsizlik Akademiyası, fəaliyyətlərini tamamilə Bakı Texnologiya Mərkəzi (BTM) daxilində davam etdirəcək.
Bu qərar Akademiyanın fəaliyyətlərinin daha geniş imkanlarla həyata keçirilməsi, infrastruktur imkanlarının artırılması və tələbələr üçün daha əlçatan tədris mühiti təmin etmək məqsədi ilə verilib. BTM daxilində, Akademiya, peşəkar təlimlər, seminarlar, sertifikasiya proqramları və kibertəhlükəsizlik üzrə müxtəlif layihələrlə fəaliyyətini daha effektiv şəkildə davam etdirəcək.
Akademiya rəhbərliyi qeyd edir ki, tələbələr üçün nəzərdə tutulmuş müasir laboratoriyalar, texniki təchizat və ekspert heyət ilə bu addım, yerli və beynəlxalq səviyyədə rəqabət aparan mütəxəssislər yetişdirmək məqsədini daha da möhkəmləndirəcək.
Kibertəhlükəsizlik Akademiyasının BTM-ə inteqrasiyası, həmçinin, ölkədə informasiya təhlükəsizliyinin daha da inkişaf etdirilməsi üçün yeni tərəfdaşlıqlar və imkanların açılmasını təmin edəcək.
Kibertəhlükəsizlik Platforması rəhbərliyi bu keçidi, yeni dövrün başlanğıcı kimi dəyərləndirərək, Akademiyanın yeni şəraitdə daha geniş təsir gücünə malik olacağını vurğulayıb.
Tələbələrin və təlimçilərin gələcək fəaliyyətləri üçün təfərrüatlar yaxın günlərdə elan ediləcək.
Bu dəyişikliklə bağlı əlavə məlumat və ya rəsmi açıqlama tələb olunarsa, əlaqə saxlayın.